18 İyul 2025 16:25
554
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  


İyulun 18-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda media nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması idi.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq təcrübəsini qiymətləndirərək bu istiqamətdə qarşıda duran hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək, dövlət strukturlarında ictimai iştirakçılığın genişləndirilməsində və ictimai nəzarətin gücləndirilməsində medianın mühüm rolunu qeyd edib.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən islahatlar, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. O, ictimai şüurun formalaşması və hüquqi maarifləndirmə prosesində medianın mühüm rolunu xüsusi vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov isə çıxışında rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla mübarizə və bu istiqamətdə medianın rolu barədə danışıb. O, bu sahədə maarifləndirmə və ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini önə çəkib.

Media nümayəndələri çıxış edərək, prokurorluq-media münasibətləri barədə fikirlərini bölüşüb, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müxtəlif təkliflər irəli sürüblər.

Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Avstriya və Almaniyaya qaz nəqlinə başlayıb  

10:34
16 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:33
16 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:31
16 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:30
16 Yanvar

Qazaxıstan 2025-ci ildə BTC boru kəməri ilə 1,3 milyon ton neft nəql edib  

09:49
16 Yanvar

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın ötən ilin yekunlarına dair iclası keçirilib  

09:49
16 Yanvar

Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir  

09:48
16 Yanvar

Vikipediya tarixin ən populyar sorğularını açıqlayıb  

09:46
16 Yanvar

Aİ İrana qarşı sanksiyaları sərtləşdirə bilər  

09:43
16 Yanvar

Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib  

09:42
16 Yanvar

BMT TŞ-də İranla bağlı fövqəladə iclas keçirilib  

09:40
16 Yanvar

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

09:39
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb  

09:37
16 Yanvar

ABŞ Prezidenti Qəzza sülh planının ikinci mərhələsinə keçidi elan edib  

09:18
16 Yanvar

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq işləri aparılır

09:05
16 Yanvar

Oğul belə olar

09:00
16 Yanvar

Qəhrəmanların ömür və döyüş yolu gənc nəsillər üçün örnəkdir

08:55
16 Yanvar

Tolerantlıq və mədəni müxtəlifliyin Azərbaycan modeli

08:50
16 Yanvar

Tarixi zənginlik və strateji perspektivlər

08:45
16 Yanvar

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

08:40
16 Yanvar

2026-cı il sülh ili ola bilər

08:35
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!