20 May 2026 20:06
230
CƏMİYYƏT
A- A+
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  


Mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal cinayət təqibi: maddi daşıyıcılardan bulud texnologiyalarına” mövzusunda mühazirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağında “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığına göstərilən davamlı dəstəyə görə Baş Prokurorluğun rəhbərliyinə təşəkkürünü bildirib.

Mühazirədə müasir dövrdə rəqəmsallaşmanın hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə təsiri, cinayət-prosessual hüquqda sübutetmənin klassik yanaşmalardan rəqəmsal müstəviyə keçidi, eləcə də informasiya texnologiyalarının inkişafı fonunda sübut anlayışının transformasiyası barədə ətraflı məlumat verilib.

Həmçinin hüquqi dövlət prinsipləri çərçivəsində sübutetmənin mahiyyəti, cinayət-prosessual hüquqda sübutların rolu və cəmiyyətin texnoloji inkişafı ilə əlaqədar yaranan yeni hüquqi çağırışlar diqqətə çatdırılıb.

Mühazirə zamanı sübutların prosessual forması, kriminalistik xüsusiyyətləri, əməlin tövsifinə təsiri, onların toplanması, yoxlanılması və qiymətləndirilməsi mexanizmləri nəzəri və praktiki aspektlərdən izah olunub.

Bununla yanaşı, sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məsələlərinə toxunularaq, müxtəlif hüquq sistemlərində, xüsusən də ölkəmizdə bu institutun tətbiqi xüsusiyyətləri və xarici ölkələrin təcrübəsi barədə müqayisəli təhlillər aparılıb.

Mühazirədə, həmçinin sübutetmə yükünün mahiyyəti, prosessual subyektlərin bu sahədə hüquq və vəzifələri, təqsirsizlik prezumpsiyası ilə sübutetmə yükü arasında qarşılıqlı əlaqə, eləcə də beynəlxalq konvensiyalar və hüquq doktrinalarında formalaşmış yanaşmalar barədə ətraflı məlumat verilib.

Rəqəmsal sübutların əldə olunması, saxlanılması və istifadəsi zamanı prosessual təminatların qorunmasının əhəmiyyəti vurğulanaraq, rəqəmsal transformasiya şəraitində fundamental hüquq və azadlıqların müdafiəsi ilə effektiv cinayət təqibi arasında balansın təmin edilməsinin vacibliyi qeyd edilib.

Qeyd olunanlarla yanaşı, rəqəmsal sübutların texniki xüsusiyyətləri, elektron məlumat daşıyıcıları, bulud texnologiyaları və kiberməkanda formalaşan məlumatların hüquqi qiymətləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Mühazirə zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə elektron sübutlar, elektron sənədlər və cinayət təqibinin elektron qaydada aparılması ilə bağlı edilmiş yeni əlavə və dəyişikliklər barədə də ətraflı danışılıb.

Qeyd olunub ki, müasir texnoloji çağırışlar fonunda cinayət mühakimə icraatının rəqəmsallaşdırılması hüquq-mühafizə fəaliyyətinin operativliyinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, elektron sübutların prosessual statusu, onların əldə edilməsi və dövriyyəsi zamanı hüquqi təminatlar, habelə elektron cinayət təqibi mexanizmlərinin tətbiqi zamanı şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məsələlərinə xüsusi diqqət yetirilib.

Beynəlxalq hüquqi əməkdaşlıq müstəvisində Budapeşt Konvensiyası və Hanoy Konvensiyasının əhəmiyyətinə toxunulub, kibercinayətkarlıqla mübarizə və rəqəmsal sübutların əldə olunması sahəsində beynəlxalq hüquqi mexanizmlər barədə məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəhbər şəxsləri mütəmadi olaraq Qarabağ Universitetinin tələbələri üçün konkret mövzularda mühazirələr keçirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:21
21 May

Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün: Bu günlər qürurverici və unudulmazdır  

09:20
21 May

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb

09:15
21 May

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı  

09:13
21 May

Tramp: Kuba ilə bağlı eskalasiya olmayacaq

09:12
21 May

Ərdoğan Trampla telefon danışığı aparıb

09:11
21 May

Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir

09:05
21 May

"Energetika memarlığı" filmi təqdim olundu

09:00
21 May

Aydınlığa çıxan həqiqətlər

08:55
21 May

"Həyatı sevmək gərəkdir"

08:50
21 May

Azərbaycan yeni iqtisadi dövrün astanasında  

08:45
21 May

Türk dünyasının rəqəmsal gələcəyi

08:40
21 May

Azərbaycan sürətli və innovativ quruculuq modelləri təqdim edən dövlət kimi tanınır

08:35
21 May

Milli ornamentlərlə əhatələnən forum

08:30
21 May

Nümunəyə çevrilən təcrübə

08:25
21 May

WUF13-dən verilən mesajlar

08:20
21 May

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir

08:15
21 May

İnkişaf, sabitlik və enerji diplomatiyası

08:10
21 May

Ermənistan münasibətlərin normallaşması və əməkdaşlıq yolunu seçməsə...

08:05
21 May

Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma

08:00
21 May

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!