04 Sentyabr 2026 12:05
484
SİYASƏT
A- A+
Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB

Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB


Bakıda Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və “LINKS Europe” Fondunun təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “LINKS Europe” Fondunun direktoru Dennis Sammut Avropa-Azərbaycan münasibətlərini təhlil etməyin və perspektivlərini müzakirə etməyin tam vaxtı olduğuna diqqət çəkib. O vurğulayıb ki, 30 il ərzində Qarabağ məsələsi təkcə siyasi gündəmi deyil, həm də insanların düşüncəsini zəbt edib. İndi isə Qarabağ Azərbaycana qayıdıb və Ermənistanla sülh perspektivi yaranıb. Bu, Azərbaycan-Ermənistan, Azərbaycan-Avropa İttifaqı münasibətlərində, eləcə də bütövlükdə Cənubi Qafqazda yeni eranın başlanğıcıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan-Ermənistan münaqişəsinin geridə qalması və bölgədə yaranan sülh mühiti ilə bağlıdır. “Lakin ehtiyatlı olmalıyıq. Çünki həm Avropa İttifaqından (Aİ) kənarda, həm də Aİ daxilində sülh prosesini pozmağa çalışan qüvvələr var. Sözügedən qüvvələrin geniş lobbiçilik şəbəkələri və “ictimai vəkillik” adlandırılan mexanizmləri mövcuddur. Müxtəlif Avropa təsisatlarında və bəzi hallarda media qurumlarında bu cür hallarla hələ də qarşılaşırıq. Bəzi şəxslər humanitar məsələlər pərdəsi altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki hər iki ölkənin – Azərbaycanın və Ermənistanın liderləri davamlı sülhün və barışığın təmin olunması niyyətlərini dəfələrlə vurğulayıblar”, - deyə İdarə Heyətinin sədri bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanın Avropa İttifaqının mühüm və etibarlı enerji tərəfdaşına çevrildiyini xatırladaraq deyib: “Biz Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olmaqdan qürur duyuruq. Son illər artan qarşılıqlı səfərlər isə münasibətlərin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, bir çox sahədə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, Aİ-Azərbaycan münasibətlərini düşünərkən mənim ağlıma gələn söz “dinamik” oldu. Bu, kifayət qədər diplomatik ifadədir, lakin münasibətlərimizdə dinamizmin, həqiqətən də mövcud olduğunu düşünürəm. Bu dinamizm əməkdaşlığımızın yeni sahələrə doğru genişlənməsində və qarşılıqlı əlaqələrin intensivləşməsində özünü göstərir”.

Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov isə qeyd edib ki, Cənubi Qafqazda artıq münaqişə yoxdur və hazırda sülh gündəliyi ön plandadır. Vətəndaş cəmiyyətləri arasında birbaşa təmasların və görüşlərin keçirilməsi də müsbət tendensiyadır. “Bu istiqamətdə təşkil olunan tədbirlərdən bir neçəsində iştirak etmək imkanım olub. Münaqişə ilə bağlı əvvəlki yanaşma öz yerini sülh gündəliyinə verir. Eyni zamanda, iqtisadi təmasların qurulması, nəqliyyat əlaqələrinin bərpası və iqtisadi münasibətlərin inkişaf etdirilməsi kimi konkret addımlar da sülh prosesinin mühüm tərkib hissəsidir. Bütün bunlar hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dəstəklənir”, - deyə XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri bildirib.

Daha sonra dəyirmi masa çərçivəsində panel müzakirə keçirilib.

Panel iştirakçıları Avropa-Azərbaycan münasibətlərinin inkişaf dinamikası, mövcud əməkdaşlıq istiqamətləri və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər. Eyni zamanda, dəyişən regional və qlobal geosiyasi reallıqlar fonunda Azərbaycan ilə Avropa arasında əməkdaşlığın perspektivləri, iqtisadi və siyasi əlaqələrin inkişafı, eləcə də sülh gündəliyinin yaratdığı yeni imkanlar müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tunis Azərbaycan neftinə daha çox üz tutdu: ixracda kəskin artım

14:40
22 Sentyabr

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

14:27
22 Sentyabr

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub  

14:21
22 Sentyabr

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

14:19
22 Sentyabr

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

14:12
22 Sentyabr

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB 

14:00
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

13:49
22 Sentyabr

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

13:24
22 Sentyabr

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:22
22 Sentyabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib 

13:17
22 Sentyabr

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 

13:15
22 Sentyabr

“Apple” ağıllı evlər üçün yeni cihaz hazırlayır  

13:08
22 Sentyabr

“Anglo Asian Mining” qızıl hasilatı proqnozunu niyə aşağı saldı?

12:54
22 Sentyabr

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

12:33
22 Sentyabr

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər 

12:26
22 Sentyabr

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir  

12:01
22 Sentyabr

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək  

11:49
22 Sentyabr

Ötən gün 51 cinayətin açılması təmin olunub

11:43
22 Sentyabr

Havada normadan artıq toz müşahidə olunur

11:41
22 Sentyabr

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

11:40
22 Sentyabr

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

11:38
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!