30 İyun 2026 23:58
605
Təhsil
A- A+
Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub

Bakı Slavyan Universitetində “Məzun günü” təntənəli şəkildə qeyd olunub


Bakı Slavyan Universitetində 2025–2026-cı tədris ili üzrə “Məzun günü” təntənəli şəkildə qeyd olunub. Universitetdə təşkil olunan mərasimdə dövlət və hökumət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, tələbələr, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək bildirib ki, məzunların ali təhsil illərində qazandıqları bilik və bacarıqlar onların gələcək fəaliyyətində mühüm rol oynayacaq. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu gün də ölkəmizdə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqamətlərindən biridir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov vurğulayıb ki, dövlət gənclər siyasətinin mərkəzində hər zaman innovativ, vətənpərvər və dünyaya açıq gənclərin yetişdirilməsi dayanır. O qeyd edib ki, müxtəlif dillərdə sərbəst ünsiyyət quran Bakı Slavyan Universitetinin tələbələri bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir. Nazir vurğulayıb ki, əsas məqsəd gənclərin ölkəsinə və dünyaya faydalı vətəndaş kimi formalaşmasıdır.

Mərasimdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

“Məzun günü”nün xüsusi qonaqları əməkdar artist Ədalət Şükürov və Murad Arif çıxış edərək tədbirə bayram ab-havası bəxş ediblər.

Sonda məzunlar ənənəvi papaqatma mərasimində iştirak edərək tələbəlik illəri ilə vidalaşıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

“Azərişıq” ASC-nin sədri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:57
20 İyul

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir

16:46
20 İyul

Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı mümkün rəqibləri müəyyənləşib

16:33
20 İyul

Yeni Baş nazir Britaniya üçün 10 illik inkişaf planı hazırlayacağını açıqlayıb

16:32
20 İyul

Şimali Kipr parlamentinin sədri Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini qəbul edib

16:17
20 İyul

BMT Beynəlxalq Ay Günündə hökumətlərə müraciət edib

16:09
20 İyul

Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya münasibətləri

16:01
20 İyul

Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

15:53
20 İyul

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

15:49
20 İyul

Elektromobillərə keçid neftə tələbatı azaldacaq

15:40
20 İyul

Özbəkistan nümayəndə heyəti Milli Məclisdə olub

15:38
20 İyul

Avropa Liqası:“Qarabağ”ın III təsnifat mərhələsində mümkün rəqibləri məlum olub

15:34
20 İyul

“Sabah”ın Avropa Liqasındakı mümkün rəqibləri bəlli olub

15:29
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!