04 Mart 2024 14:02
276
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Təzyiqə məruz qalan şəxslərin sosial şəbəkədə görüntüləri paylaşılarkən onların gələcək taleyi düşünülmür

Bahar Muradova: Təzyiqə məruz qalan şəxslərin sosial şəbəkədə görüntüləri paylaşılarkən onların gələcək taleyi düşünülmür

 

Azyaşlılar, həmçinin sosial psixoloji xarakterli təzyiqə məruz qalan insanlar ilə bağlı bu və ya digər hüquqazidd əməl törədildikdə həmin məlumatların mediada yayımlanması zamanı mətbuat nümayəndələri qanunun tələblərinə əməl etməlidirlər. Cəmiyyətin sürətli inkişafı ilə əlaqədar yeni texnologiyaların meydana gəlməsi nəticəsində rəsmi media qurumlarından fərqli olaraq, sosial şəbəkə istifadəçiləri bu məsələyə fərqli prizmadan yanaşır. Sosial şəbəkələrdən istifadə edənlər digərləri ilə müqayisədə daha üstün mövqeyə sahibdirlər. Belə ki, onlar istədikləri informasiyanı paylaşmaqda sərbəstdirlər. Çünki sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənmir.

Bu gün Azərbaycanda demək olar hər kəs sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdə informasiya paylaşarkən heç bir mənəvi meyarlara əməl etməyən şəxslər məhz bu qarışıqlığın yaranmasına səbəb olurlar. Onlar təzyiqə məruz qalan azyaşlıların, eləcə də digər yaş kateqoriyasından olan şəxslərin fotolarını və ya videolarını paylaşarkən həmin şəxslərin gələcək taleyini düşünmürlər.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

Komitə sədri sosial şəbəkə istifadəçilərinin də məsuliyyəti dərindən anlayaraq hər kəsin şəxsi həyatına dair məsələləri açıq şəkildə paylaşmaqdan çəkinməyi tövsiyə edib. B.Muradova qeyd edib ki, onlar adətən bu və ya digər hadisələrin başvermə səbəblərini və nəticələrini qiymətləndirməyə çalışırlar

Həmin istifadəçilərin bir qismi ictimai qınaq prosesində iştirak edir, yaxud istənilən mövzuya münasibət bildirməyə haqlarının olduğunu düşünür. Ancaq heç kəs unutmamalıdır ki, təzyiqə məruz qalan şəxslərin özləri də məlumatlarının paylaşılmasına etiraz etmək hüququna malikdirlər.

“Eyni zamanda, baş vermiş hadisədə cinayət əməli varsa, cinayət törətməkdə şübhəli bilinən şəxsin məlumatlarının yayılmasında da müəyyən meyarlar gözlənilməlidir. Xüsusilə də şiddətə məruz qalmış şəxslərin görüntüləri açıq şəkildə paylaşılmamalıdır. Bu kontekstdə sosial şəbəkə istifadəçiləri də qaydalara əməl etməlidirlər. Onlar nəzərə almalıdırlar ki, şiddətə və ya hər hansı təzyiqə məruz qalan insanlar gələcək həyatlarına davam etməlidirlər. Çünki onların hər birinin işlədiyi, oxuduğu, təhsil aldığı, yaşadığı məkanlar var və cəmiyyət arasında nüfuzlarına zərər gələ bilər. Bundan əlavə, məlumatlarının açıq şəkildə paylaşıldığını görən insanların psixoloji vəziyyətində ağırlaşma halları da müşahidə edilir. Həm media mənsubları, həm də sosial şəbəkə istifadəçiləri bu və ya digər məsələyə münasibət bildirərkən özlərini başqalarının yerinə qoymağı bacarmalı, insanların gələcək həyatını çətinləşdirməməlidirlər. Çünki hər hansı bir işi görərkən mütləq onun məsuliyyətini anlayaraq hərəkət etmək lazımdır”, - deyə B.Muradova vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!