“AzerGold” QSC-də ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərinin iştirakı ilə növbəti seminar keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 2024-cü il 23 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda mövcud vəziyyətin öyrənilməsi məqsədilə aparılmış araşdırma, sahə səfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən hazırlanmış ilkin təkliflər toplusu təqdim edilib. “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkəti tərəfindən hazırlanan təqdimatda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət, mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında idarəetmənin təkmilləşdirilməsi və bazar iştirakçılarının qarşılaşdıqları problemlərin həlli ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.
Bildirilib ki, təkliflərin hazırlanması bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, yerli istehsalatın dünya bazarının çağırışlarına uyğunlaşdırılması, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, bazar iştirakçılarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsinə xidmət edir. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsində tənzimləyici qurumların və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı üzrə ixtisaslaşmış şirkətlərin qarşıdakı 1 həftə ərzində təkliflərlə bağlı rəylərinin yazılı formada təqdim etməsi razılaşdırılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, “AzerGold” QSC qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda, cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası
Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər
Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib
Baş Prokurorluqda aktual hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib
Ötən ay məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 11,1 faiz artım qeydə alınıb
Sabah paytaxtda 24, rayonlarda 29 dərəcə isti olacaq - PROQNOZ
Bolqarıstan xarici işlər naziri: Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır
Qlobal Bakı Forumunda panel iclası - “Yeni dünya düzənində orta güclər”
Əli Əsədov: Keçən il dövlət büdcəsindən təhsil xərclərinə təqribən 4,5 milyard manat vəsait ayrılıb
Bülənt Arınç: Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir
Keçmiş məcburi köçkün: 33 ildən sonra bahar bayramını doğma yurdumuzda qeyd edəcəyik
Xocalı sakini: Hər bir insan üçün doğma Vətəni, doğulduğu yer daha əzizdir
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə daşınmış yüklərin həcmi açıqlanıb
Miroslav Layçak: Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş konsert olub
İşğaldan azad edilmiş ərazilərdə ötən ilin sonunadək 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib
Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır – Baş nazir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!