30 İyul 2025 08:00
2326
SİYASƏT
A- A+
Azərbaycanın şərtləri dayanıqlı sülhün təminatıdır

Azərbaycanın şərtləri dayanıqlı sülhün təminatıdır


Azərbaycanla Ermənistan arasında Bakının təşəbbüsü ilə başlayan sülh prosesi istiqamətində xüsusən son iki ildə müsbət irəliləyişlər əldə edilib. Buna baxmayaraq, yekun sülh müqaviləsinin imzalanması İrəvanın öhdəliklərini tam yerinə yetirməməsi üzündən uzanır. Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə olan iddianı götürməli və ATƏT-in keçmiş Minsk qrupunun ləğvi ilə bağlı ölkəmizlə birgə müraciət etməlidir. Yalnız bu halda Cənubi Qafqazda dayanıqlı sülhdən, normallaşmadan və inkişafdan söhbət gedə bilər. 


Regionun inkişafı üçün tarixi fürsət


Torpaqlarının işğal altında olduğu illərdə də daim münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olan Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini öz gücünə yerinə yetirərək, üç onillik boyu danışıqlar yolu ilə həll edilməsi mümkün olmayan Qarabağ problemini birdəfəlik yoluna qoydu. Tarixə, ədalətə, beynəlxalq qanunlara dayanan bu qələbəsi ilə həm də ölkəmiz dünyada danışıqlarla çözülə bilinməyən bu tip münaqişələrin həlli üçün mükəmməl nümunə ortaya qoydu. Regionda status-kvonu dəyişən və yeni reallıqlar yaradan Azərbaycan bu yolla, nəhayət, bölgədə həqiqi sülhün əldə olunması üçün tarixi şans yaratmış oldu. 

Ümumilikdə bölgənin inkişafının kommunikasiyaların açılmasından, qarşılıqlı əlaqələrdən, yəni davamlı sülhdən keçdiyi təkzibolunmaz reallıqdır. Amma indiyə qədər atdığı destruktiv addımları İrəvanın bu gerçəkliyi anlamadığını ortaya qoyur və xarici himayədarlarının sözlərinə qulaq asaraq sülhdən yayınması bundan sonra da onun dalan ölkə olaraq qalması anlamına gəlir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan yürütdüyü diplomatik və çoxşaxəli siyasət sayəsində bu geostrateji mövqeyindən mükəmməl şəkildə yararlanır. Bu gün respublikamızın enerji, nəqliyyat dəhlizi kimi dünyadakı rolu gündən-günə artır. Cənubi Qafqazla bağlı reallaşdırılan istənilən layihənin regionun lider dövləti Azərbaycanın razılığı olmadan həyata vəsiqə qazana bilməməsi də bir başqa həqiqətdir. 

Digər yandan da hərb meydanında ədaləti güc yolu ilə təmin edən Azərbaycan  Qarabağda və Şərqi Zəngəzurda gördüyü genişmiqyaslı tikinti və quruculuq işləri,  Böyük qayıdış ilə tarix yazır. Bütün bunların fonunda da sülh müqaviləsinin imzalanmasının, sözün həqiqi mənasında, Ermənistana hava-su kimi lazım olduğu  aydın görünür. 

O da aydın görünür ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan tərəfi sülhlə bağlı təşəbbüslərlə çıxış edib və bu təşəbbüsündən bir addım da geri çəkilmir. Ermənistandan fərqli olaraq ölkəmiz sülh üçün lazım olan əməli addımları atır. Bu addımlardan ən önəmlisi İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5 prinsipin təqdim edilməsidir. Ancaq qarşı tərəfin sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyi düz 2024-cü ilə qədər normallaşma ilə bağlı  heç bir irəliləyişin əldə olunmamasına gətirib çıxardı. Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Prezident İlham Əliyev sözügedən məsələni diqqətə çatdırdı: "Biz onlara dedik ki, baxın, birincisi, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi".


Normallaşmaya doğru


Beləliklə, Azərbaycan-Ermənistan normallaşma prosesi 2024-cü ilin əvvəlindən etibarən müsbət istiqamətdə start götürdü. Vasitəçilərə ehtiyac görmədən iki ölkə dialoqlara başladı, müəyyən razılaşmalar əldə etdi. Ötən ilin fevralında Almaniyada Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşü zamanı sülh gündəliyinin irəliləməsinə dair müzakirələr aparıldı. 

 Aparılan ikitərəfli dialoqlar nəticəsində artıq real nəticələr var. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə artıq start verilib, sərhəd dirəklərinin quraşdırılmasına başlanılıb. Qazax rayonunun kəndləri qaytarılıb. Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşıb. 

Bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə həm ölkə daxilində, həm də beynəlxalq birlik tərəfindən sülh prosesində vacib məqam kimi qiymətləndirilib. Adıçəkilən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşmalar əldə edilib.  

Prinsipcə hazırda sülh müqaviləsinin imzalanması üçün elə də həlli mümkünsüz maneələr qalmayıb. Sadəcə, İrəvan Bakının beynəlxalq hüquqa əsaslanan tələblərini yerinə yetirməlidir. Məlumdur ki, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır. Həmçinin artıq Qarabağ münaqişəsi həll edildiyi üçün ATƏT-in keçmiş Minsk qrupunun da hüquqi baxımdan ləğvi zəruridir. Amma Ermənistan indiyə qədər bu şərtləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınır. Çalışır ki, bu iki tələb yerinə yetirilmədən sülh müqaviləsini imzalasın. Belə çıxır ki, təcavüzkarlıqda "təcrübə"si olan Ermənistan gələcəkdə ərazilərimizə növbəti dəfə iddia üçün özünə əlyeri qoymaq istəyir. 

Bu azmış kimi, bölgədə maraqları olan bəzi qərəzli xarici siyasi mərkəzlər iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində vacib irəliləyişlərin əldə olduğunu gördüklərindən anti-Azərbaycan kampaniyalarını intensivləşdiriblər. Bu yaxınlarda ABŞ-nin 87 konqresmeni Prezident Donald Trampın administrasiyasına müraciət edərək onu ermənilərin "Dağlıq Qarabağ"a qayıtmasına dəstək verməyə çağırıblar. Həmçinin Fransa Milli Assambleyasında Azərbaycana qarşı yeni qərəzli qətnamə layihəsi irəli sürülüb. Başdan-başa yalan və iftira üzərində qurulan həmin bədnam layihədə ölkəmizin suverenliyi şübhə altına alınıb. Eyni zamanda İsveçrə parlamentində ölkəmizə qarşı qərəzli addım atılıb. Çəkdiyimiz bu nümunələr də göstərir ki, Azərbaycanın sülh səyləri ilə bu istiqamətdə yaranan müsbət tendensiya ermənipərəst xarici gücləri qane etmir və onlar hər vəchlə bölgədə sülhə kölgə salmaq istəyirlər. Ancaq bütün bu məkrli planlar iflasa məhkumdur. Eyni zamanda havadarlarının dəstəyinə güvənərək sülh müqaviləsini imzalamaqdan yayınan Ermənistan heç nə əldə edə bilməyəcək. Azərbaycan Cənubi Qafqazda sülhün dayanıqlığını təhlükə altında qoyacaq hər hansı addımın atılmasına qətiyyən icazə verməyəcək. 

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı dövlətimizin başçısı da vurğuladı ki, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır: "Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur". 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!