07 Aprel 2026 10:40
180
Mədəniyyət
A- A+
Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  

Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür  


Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çap olunub.

AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, aktual problemləri geniş kütlələrə daha sadə, aydın, hər kəsin anlayacağı dildə çatdıran mətbuat orqanına ehtiyac duyulurdu. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi zərurətin nəticəsi kimi meydana gəldi; nəşrin redaktoru C. Məmmədquluzadənin dediyi kimi, “Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Jurnalın bu cür adlandırılması da maraqlıdır. Məlumdur ki, Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı qəhrəmanıdır və həmişə də nadanlığa, haqsızlığa gülə-gülə münasibət bildirib.

Jurnalın təsisçiləri görkəmli yazıçı Cəlil Məmmədquluzadə və ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə Molla Nəsrəddinin dili ilə xalqın istək və arzularını açıqlayır, onu güldürür, düşündürür, həm də yol göstərirdilər.

Nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.

Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Dərgidə müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.

Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib  

14:41
07 Aprel

Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat açıqlanacaq

14:16
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanır  

14:00
07 Aprel

Xocavənd şəhərində daha 33 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2  

13:36
07 Aprel

Sabah hava əsasən yağmursuz olacaq

13:26
07 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

12:53
07 Aprel

Mətbuat Şurası: Media orqanları bəzən hansısa yanlış təqdimatı araşdırma aparmadan, olduğu kimi yayımlayır  

12:48
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələ başlayıb

12:46
07 Aprel

Çində dünya rekordu: 113 metr dərinlikdə sualtı dəmir yolu tuneli  

12:39
07 Aprel

Donald Trampın bəyanatları və neftin qiyməti  

12:32
07 Aprel

İsrail Müdafiə Qüvvələri: İranın 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib  

12:21
07 Aprel

Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

12:18
07 Aprel

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi bəlli olub

12:14
07 Aprel

Kaxa Kaladze: Belə səfərlər dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir  

12:11
07 Aprel

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - 25 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib  

11:58
07 Aprel

Xocavənd şəhərinə növbəti köç yola salınıb

11:52
07 Aprel

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

11:50
07 Aprel

Astronomlar nəhəng ulduz partlayışları nəzəriyyəsini dəstəkləyən dəlillər tapıblar  

11:42
07 Aprel

Azərbaycan-Gürcüstan münasibətləri iqtisadi, siyasi və strateji maraqlar əsasında inkişaf edir  

11:40
07 Aprel

Qaradağda 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

11:32
07 Aprel

Səyyar ASAN xidmət Qusarda

11:27
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!