14 Yanvar 2026 17:26
397
İQTİSADİYYAT
A- A+
Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  


Ötən il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5 faiz artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb.

İl ərzində uçuşların 76 faizini – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14 faizlik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.

2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib. Beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2 faizi xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb. İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub. Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30 faiz artım deməkdir.

2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı – Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735 min təşkil edib. Sərnişin dövriyyəsində 2 faizlik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6 faiz artaraq 7 min 261 uçuşa çatıb.

2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülərək regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation” (ACA) proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI World” tərəfindən həyata keçirilən “Airport Service Quality” (ASQ) proqramında iştirak etməyə başlayıb və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.

Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.

Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq axtarışda olan daha iki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib

11:12
04 Mart

Anar Quliyev: Regionların şəhərsalma nöqteyi- nəzərdən balanslı inkişafının təmin edilməsi əsas prioritetlərdəndir  

11:07
04 Mart

Yaxın Şərq: Genişmiqyaslı köçkünlük və təchizat zəncirinin qırılması

11:01
04 Mart

Neft qiymətləri 2020-ci ildən bəri ən kəskin şəkildə bahalaşır

10:52
04 Mart

Ötən gün narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib

10:31
04 Mart

Dünya bazarında qızıl 46 dollardan çox bahalaşıb 

10:26
04 Mart

Dünya birjalarında neft bahalaşıb 

10:21
04 Mart

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

10:13
04 Mart

Azərbaycanın ev sahibliyi etdiyi xizək alpinizmi üzrə nüfuzlu yarışlar açıq elan olunub

10:07
04 Mart

Macarıstan iqtisadiyyatı enerji şokunun təzyiqi altında  

09:57
04 Mart

“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq  

09:54
04 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatı start götürür

09:23
04 Mart

Ermənistanda sülhə doğru atılan addımlar revanşistləri narahat edir

09:05
04 Mart

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində gənclərlə görüş keçirilmişdir

09:00
04 Mart

Naxçıvan: Qədim karvan yolundan müasir nəqliyyat qovşağına

08:55
04 Mart

Baharın və Böyük qayıdışın addım səsləri bir-birinə qarışıb

08:50
04 Mart

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılmışdır

08:45
04 Mart

Rəqəmsallaşma vahid mərkəzdən idarə olunacaq

08:40
04 Mart

907-ci düzəliş birdəfəlik ləğv edilməlidir

08:35
04 Mart

"Şimal-Cənub" beynəlxalq marşrut üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

08:30
04 Mart

Sənaye zonaları: regionların iqtisadi potensialının lokomotivi

08:25
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!