13 Oktyabr 2024 08:30
991
İQTİSADİYYAT
A- A+
Azərbaycanda "yaşıl memarlıq" erası başlayır

Azərbaycanda "yaşıl memarlıq" erası başlayır



Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq bu prosesi daha da sürətləndirəcək


Sentyabrın 30-dan oktyabrın 4-dək paytaxtımızda keçirilən ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) planetimizin iqlim təqvimində mühüm dövr kimi tarixə düşdü. Tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700-dən çox insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirdi.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu York İqlim Həftəsindən sonra reallaşan Bakı İqlim Fəaliyyəti Həftəsi birmənalı şəkildə COP sədrliklərinin üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasının təminatçısı və COP29 sədrliyinin fəaliyyət gündəliyinə dəstək oldu. London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində baş tutan bu görüş və müzakirələrin hazırda daha aktual sayılan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edərək iqlim həllərinin inkişafı məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcəyi gözlənilir. COP29 ərəfəsində ölkəmizin regional liderliyini nümayiş etdirən və milli "yaşıl keçid" təşəbbüslərində aparıcı rol oynamaq öhdəliyini götürən bu toplantı həmçinin yerli və regional kontekstlərə əsaslanan "yaşıl keçid"lə bağlı müzakirələrin təşviqi üçün mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. 

Xəbər verildiyi kimi, builki tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər - Urbanizasiya olunmuş mühitlər", "Su təhlükəsizliyi", "Qida və kənd təsərrüfatı", "Kiçik və orta biznes müəssisələri" və "Yaşıl bacarıqlar" olmuşdur. Bu çərçivədə toplantıda müxtəlif mövzular üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Azərbaycanda "yaşıl binalar"ın inkişaf konsepsiyasına dair yol xəritəsinin hazırlanması üçün əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanmışdır. Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə qurumları arasında möhkəm və səmərəli əməkdaşlığın rəmzi olan bu sənəd yalnız "yaşıl binalar"ın inkişafını deyil, eyni zamanda iqtisadiyyatın müasir standartlara uyğunluğunu və davamlı inkişafını əhatə edir. "Yaşıl binalar" enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi və insan sağlamlığına təsir edən tikililərdir. Belə tikililərin inşası müasir şəhərsalma anlayışında önəmli yer tutur. Yol xəritəsi enerji istehlakını azaltmağı, su qaynaqlarını qorumağı və ekoloji tarazlığı təmin etməyi hədəfləyir. Bu yanaşma Azərbaycanın infrastruktur layihələrinin davamlılığını artıracaq və şəhər mühitini daha yaşıl və sağlam edəcək. Yol xəritəsi müvafiq normativlərin və texniki standartların hazırlanmasını nəzərdə tutur ki, bu da "yaşıl binalar"ın inşasını və istismarını asanlaşdıracaq. Çünki kütləvi şəkildə belə tipli inşaatın ərsəyə gəlməsi, yaşayış massivlərinin salınması bahalı prosesdir. Söz düşmüşkən, hazırda Bakıda günəş enerjisindən istifadə edilən bir bina (Ağ Şəhərdə yerləşir) mövcuddur və COP29 ilə bağlı tədbirlərdən birinin də orada keçirilməsi nəzərdə tutulur.  

"Yaşıl texnologiyalar"dan istifadə dünyanın bir çox ölkəsində xeyli aktual mövzuya çevrilib. Bərpaolunan, günəş və  bioenerjilərdən istifadə həm ekologiyaya zərər vermir, həm də maksimum ucuz başa gəlir. Amma belə binalarda idarəetmə xərcləri minimum olsa da, ərsəyəgəlmə xərcləri bir o qədər bahadır. Avropanın özündə elə texnologiyalara malik binalar tikilir ki, onlar heç bir kommunikasiya planına qoşulmur. Həmin binaların fasadları günəşdən enerji toplayır. Yağış suyu yığılaraq daxildə istifadə edilir. Hətta o binalar kanalizasiya xətlərinə belə qoşulmur. Çirkli sular binanın zirzəmisinə axıdılır. Zirzəmidə çirkli maye molekulyar səviyyədə təmizlənərək təkrar içməli və texniki su kimi mənzillərə ötürülür" - bunları əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir. Ekspert onu da bildirir ki, ölkəmizdə hələlik sözügedən texnologiyaların tətbiqi ilə bağlı şəhərsalma tələbləri və digər normativlər yoxdur. Buna baxmayaraq, o, nikbindir: "Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən regionda söz sahibidir. Belə tərəqqi müstəqil, suveren respublikamızın yaxın gələcəkdə dünyanın aparıcı dövlətləri sırasında olacağını təmin edəcək və "yaşıl binalar"dan ibarət böyük massivlərimiz tikiləcək. Amma bu gün regionlarda fərdi evlərdə günəş enerjisindən istifadə tam mümkündür. Bu, çoxmənzilli binalara nisbətən fərdi evlərdə çox baha başa gəlmir. Fərdi evlərdə "yaşıl enerji"dən istifadə daha tez reallaşa  bilər. Həm ana xətdən gələn elektrik enerjisi, həm də günəş panelləri vasitəsilə "yaşıl enerji"dən istifadə etmək olar. Hazırda dünyanın bir çox ölkəsində fərdi evlərin dam örtükləri panellərdən hazırlanır. Və ilboyu bu panellərin əldə etdiyi enerjiən istifadə edilir. Bu məsələyə daha köklü yanaşmaq lazımdır. İlk olaraq bu texnologiyaların istehsalı yüksək səviyyədə qurulmalı və dövlət tərəfindən nəzarət olmaldır".

Göründüyü kimi, dünya üzrə iqlim dəyişikliyinin problemlərinə qarşı mübarizənin zəruriliyi günbəgün daha önə çıxır. Bu baxımdan Azərbaycanın iqlim öhdəliklərini yerinə yetirmək naminə hər cür təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. "Yaşıl binalar"ın inkişaf konsepsiyasına dair yol xəritəsi" də ölkənin qlobal iqlim məqsədlərinə çatmasına yardımçı olacaq. İqlim maliyyəsinə yeni yanaşmalar Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzunu artıracaq və müasir "yaşıl iqtisadiyyat"a keçidini sürətləndirəcək. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıqda ölkəmizin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha fəal olmasına geniş imkanlar yaradacaq.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!