18 Aprel 2025 14:44
617
CƏMİYYƏT
A- A+
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər.

Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində əldə edilən uğurlar və qarşıya qoyulan hədəflərdən danışıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir yollar çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Xankəndi şəhəri və digər yaşayış məntəqələrində sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində minlərlə insanın daimi məskunlaşması təmin edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib.

Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi dinləyiblər.

Xarici diplomatlar sonra Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər.


09:19


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər. Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!