20 Yanvar 2026 09:35
1053
Mədəniyyət
A- A+
Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar


Yanvarın 17-də Respublika Sarayında baş tutan "Natiq - Ritmin 50 il ömrü" adlı xüsusi proqram və ritm şousu Azərbaycan musiqi tarixində əlamətdar hadisələrdən biri kimi yadda qaldı. 

O gecə təkcə bir sənət yubileyi deyildi - Azərbaycan xalqının ruhunun, döyünən ürəyinin, qəhrəmanlıq yaddaşının ritmlərlə danışdığı bir sənət bayramı idi.

Azərbaycan musiqisinin qüruru, dünya səhnələrində milli ritmimizi layiqincə təmsil edən, nağara ifaçılığı sənətində Xalq artisti fəxri adına yüksələn görkəmli və nadir ritm ustası Natiq Şirinov yarıməsrlik sənət yolunu tamaşaçı ilə birgə yaşadı. Bu proqramda ritm təkcə səs deyildi, həm də tarix, yaddaş, ruh idi.

Konsert, əslində, Natiqin və oğlu Ümidin ifaçılığı ilə Azərbaycan ritminin təqdimatı idi. Ata ilə oğulun eyni səhnədə yaratdığı sənət harmoniyası nəsildən-nəslə ötürülən musiqi ənənəsinin canlı sübutuna çevrildi. 

Gecənin yaddaqalan məqamlarından biri də dünyaşöhrətli xanəndə Alim Qasımovun çıxışı oldu. Alimin səsi ilə Natiqin ritmlərinin yaratdığı ecazkar harmoniya tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Bu sintez Azərbaycan musiqisinin klassik ruhu ilə ritmik enerjisinin vəhdətini bir daha ortaya qoydu. 

Xüsusi vurğulamaq lazımdır ki, Natiq Şirinov indiyədək dünyanın bir sıra ölkələrində, xüsusilə Avropada nağara ilə solo konsert verən yeganə azərbaycanlı ifaçıdır. O, milli ritmimizi qlobal musiqi dilinə çevirərək Azərbaycan mədəniyyətini dünya səhnələrində tanıdan nadir nağara ifaçısıdır.

Natiq Şirinov Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsini ritmlərlə danışmağı bacaran sənətkardır. Onun ifasında nağara döyüntüləri bəzən səngərdən gələn ürək səsi, bəzən zəfər marşı, bəzən də xalqın içindən qopan bir haray kimi səslənir. O, xalqımızın ürəyinin döyüntüsünü duyan və bunu ritmlərə çevirib dünyaya təqdim edən nadir sənətkardır.

Gecədə bir daha sübut olundu ki, Natiq Şirinovun ritmləri zamana tabe olmur, çünki o ritmlər xalqın ruhundan yaranır. "Ritmin 50 illik ömrü" proqramı isə bu böyük sənət yolunun şərəfli və qürurverici hesabatı oldu.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!