02 Aprel 2025 15:14
1928
PARLAMENT
A- A+
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq və parlamentlərarası əməkdaşlıq müzakirə edilib  

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq və parlamentlərarası əməkdaşlıq müzakirə edilib  


Aprelin 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycan ilə Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında ən yüksək səviyyədə həyata keçirilən səfərlərin və dövlət başçıları arasında keçirilən görüşlərin mühüm rolu qeyd edilib. Bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlaqələrimiz Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən uğurla davam etdirilir.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqun əhəmiyyəti, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli münasibətlərin inkişafında rolu, iqtisadi, ticari, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri, Azərbaycanın Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, eyni zamanda, Orta Dəhlizin inkişafı istiqamətində birgə əməkdaşlıq həyata keçirilir və regionda kommunikasiyaların açılması, “Zəngəzur dəhlizi” təşəbbüsünün həyata keçirilməsi Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə növbəti töhfəsi olacaq.

Söhbət zamanı humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin inkişafının ölkələrimizə verdiyi töhfələr vurğulanıb.

Azərbaycan və Çin arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə Milli Məclisdə Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərir və Çin parlamenti ilə müxtəlif səviyyələrdə münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançau Azərbaycana səfər etmək arzusunun həyata keçməsindən məmnunluğunu bildirib. Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, diplomatik münasibətlərimizin yaradılmasından ötən müddət ərzində görülmüş işlər, bu sahədə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, yaşıl iqtisadiyyata keçid və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Bildirilib ki, qarşılıqlı əlaqələrin inkişafında Çinin Kommunist Partiyası ilə Azərbaycanın Yeni Azərbaycan Partiyası arasında əlaqələr xüsusi rola malikdir və qarşılıqlı təcrübə mübadiləsi, dünyadakı təhlükəsizlik çağırışlarına qarşı həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Söhbət zamanı qonaq Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!