08 Avqust 2025 20:39
636
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Ölkələrimiz arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes və investisiya mühiti qeyd olunub. Vurğulanıb ki, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında əməkdaşlıq potensialının reallaşdırılması imkanları qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!