04 Oktyabr 2024 08:25
577
İQTİSADİYYAT
A- A+
Avropa və Asiyanı birləşdirən yeni yol qovşağı

Avropa və Asiyanı birləşdirən yeni yol qovşağı


Bu qovşaq işğaldan azad edilmiş ərazidə salınıb


Ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin xüsusi önəm verdiyi sahələrdən biridir. Bunun nəticəsidir ki, son 

20 ildə şəhər, rayon və kəndlərimizdə hər il ən azı min kilometr yol çəkilib, yaxud əsaslı təmir edilib. Nə xoş ki, artıq dörd ildir bu yollara bizi doğma Qarabağa, Şərqi Zəngəzura aparan yollar da qovuşub.

44 günlük Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərimizin bərpası istiqamətində başlanan ilk tədbirlərdən biri də məhz yol çəkilişi oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 kilometr təşkil edir. Proqrama uyğun olaraq artıq ümumi uzunluğu 254,2 kilometr təşkil edən 7 avtomobil yolu layihəsi uğurla yekunlaşıb. Bu gün sözügedən iki iqtisadi rayonun yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 kilometr olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 kilometrə yaxın 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Həm də məsələ təkcə görülən işin həcmində deyil, söhbət eyni zamanda yüksək keyfiyyətdən gedir. 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsinin Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilməsi deyilənlərin əyani sübutudur.

Dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutan bu yol layihəsi daim Prezident İlham Əliyevin nəzarətində olub. Dövlət başçısı bir neçə dəfə tikinti gedən ərazilərə səfər edib. Məsələn, 2023-cü ilin iyul ayında yolun Füzuli Beynəlxalq Hava Limanına qədər uzanan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub. Bu ilin mayında isə dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

 Mühüm yol infrastrukturu layihələrindən biri olan və İnnovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilən uzunluğu 81,7 kilometr təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

 Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Yeni yol əvvəlkindən 19,3 kilometr qısadır. Bu, birinci texniki dərəcəli yol olmaqla 4-6 hərəkət zolağına malikdir.

Əhmədbəyli-Füzuli-Şuşa yolunun sözügedən mükafatı qazanması ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub. Mükafatlandırma sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutub.

Avropa Yollar Konfederasiyasının baş katibi Stiv Philips bununla bağlı deyib: "Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmağınız münasibətilə təbrik edirəm. İcra etdiyiniz layihələr çox təqdirəlayiqdir və əminəm ki, yol infrastrukturu sahəsində ölkənizdə görə biləcəyim müsbət işlər kifayət qədərdir". 

 "Kapsch" şirkətinin layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi Kristof Demut da layihəni yüksək dəyərləndirib: "Azərbaycanda icra olunan müasir yol infrastruktur layihəsi haqqında öz fikirlərimi bildirmək istərdim. Qeyd etməliyəm ki, burada bizə təqdim olunan layihənin önəmli cəhəti odur ki, bu layihə vaxtında və yüksək standartlarla icra edilmişdir. Bizə məlum olan Qərb standartları üzrə icra edilmiş bu layihə Avropa və Asiyanın birləşməsində yol qovşağı funksiyasını icra edəcəkdir".

"Ekoposte" şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru Esteban Salinas təbriklərini çatdıraraq bildirib: "Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmanız münasibətilə təbrik edirəm. Bu, böyük bir uğurdur. Ölkənizin yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərə görə, xüsusən də yol təhlükəsizliyi sahəsindəki həyata keçirilən tədbirlərlə bağlı sizi təbrik edirik".

Mükafatlandırma zamanı Azərbaycanın möhtəşəm tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində olduğu, COP29-a ölkəmizin bütün müvafiq qurumları kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də fəal hazırlıq gördüyü qeyd edilib. 


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!