18 Aprel 2025 01:21
1690
Qanunlar
A- A+
"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə: 

1.1. aşağıdakı məzmunda 1.1.2-1-ci maddə əlavə edilsin:

"1.1.2-1. aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya - aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya;";

1.2. 1.1.5-ci maddədə "istismar edən və ya belə xidməti təklif edən" sözləri "qanuni əsaslarla istismar edən dövlət orqanı," sözləri ilə əvəz edilsin;

1.3. 1.1.68-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya" sözləri ilə əvəz edilsin.

2. 16-cı maddə üzrə:

2.1. 16.1-ci maddədə "Müvafiq" sözü "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə  daimi komissiya, müvafiq" sözləri ilə əvəz edilsin;

2.2. 16.2-ci maddədə "Müvafiq" sözü "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın, müvafiq" sözləri ilə əvəz edilsin;

2.3. 16.4-cü və 16.5-ci maddələrdə "aviasiya hadisələrinin" sözlərindən sonra "və insidentlərinin" sözləri əlavə edilsin.

3. 17-ci maddə üzrə:

3.1. 17.1-ci maddədən "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı" sözləri çıxarılsın;

3.2. 17.4-cü və 17.8-ci maddələrdə ismin müvafiq hallarında "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ismin müvafiq hallarında "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya" sözləri ilə əvəz edilsin;

3.3. 17.5-ci, 17.6-cı və 17.10-cu maddələrdə "Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözləri "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə" sözləri ilə əvəz edilsin;

3.4. 17.9-cu maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözləri "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə" sözləri ilə əvəz edilsin.

4. 18-ci maddə üzrə:

4.1. 18.2-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya" sözləri ilə əvəz edilsin;

4.2. 18.3-cü və 18.5-ci maddələrdə "Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözləri "Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə" sözləri ilə əvəz edilsin;

4.3. 18.4-cü maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözləri "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə" sözləri ilə əvəz edilsin.

5. 19.3-cü maddədə "bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan" sözləri "aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 fevral 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!