10 Dekabr 2025 08:55
297
Mədəniyyət
A- A+
Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir


Çünki qədirbilən xalqımız Qədir Rüstəmovun yubileyini bu dəfə azad Ağdamda qeyd edirdi


Müzəffər Ali Baş Komandan, qüdrətli sərkərdə İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun hünəriylə düşmənin 30 illik işğalından azad edilən Qarabağ yenidən xoş günlərinə qovuşub. Belə bir ovqatla misilsiz fədakarlıqları ilə könül xoşluğunu haqq edən el-oba şirin və unudulmaz bir xatirənin işığına toplaşmışdı. 

Ağdam Muğam Mərkəzində Azərbaycan muğam sənətinin inkişafına sanballı töhfələr verən, bənzərsiz ifa tərzi ilə adını yaddaşlara həkk etmiş Xalq artisti Qədir Rüstəmovun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirildi. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbir qədirsevərlər üçün gerçək və dəyərli bir töhfə idi.

Tədbir Qədir Rüstəmovun həyat və yaradıcılığına həsr olunmuş maraqlı videoçarxla başladı. Təqdim edilən epizodlar xəyalları ağdamlı günlərə qanadlandırdı, unudulmaz xatirələri canlandırdı. Bu bir həqiqətdir ki, dilimiz Qədir söyləyəndə istər-istəməz "Sona bülbüllər"in fəryadı, ah-naləsi ilə təsirlənirik. Dəryada gəmisi, biçilməmiş zəmisi qalan, yarın sonsuz cəfalarını çəkib sonda qazancı dərd-qəm olan qara sevdasında sabitqədəm nakam bir aşiq canlanır xəyallarımızda. Nigaran baxışlarıyla sevgilisinin gələcəyi yollara boylanan saf məhəbbət sevdalısı könlündəki ah-zardan, tükənən səbri-qərardan, bir qəmli yarının olduğunu nəzərə almayan insafsızdan gileylənib özünə dönə-dönə "Neyçün gəlməz" deyə suallar verib, amma cavab ala bilməyən aşiq üzülür. Sonda məcbur olur ki, nəyə desən and içim, bu qəlb o qəlbinəndi…

Ev sahibi olaraq Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov yubiley tədbirinin qonaqlarını salamladı. Natiq milli-mənəvi dəyərlərimizin qorunmasına, muğam sənətinin inkişafına dövlətin davamlı və yetərli qayğısından, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəyə çevrilmiş muğam müsabiqələri keçirilməsinin milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən minnətdarlıqla söz açdı. Qeyd etdi ki, zamanında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Qədir Rüstəmov ecazkar səsi, bənzərsiz ifa tərzi ilə incəsənət tariximizə yeni və parlaq səhifələr yazmağı məharətlə bacardı. Yüksək şəxsi kefiyyətləri, sadəliyi, təvazökarlığı, sözünün-könlünün toxluğu ilə xalqın sevimlisinə çevrildi. Könüllərdə özünə əbədi bir məhəbbət yuvası qurdu.

Gecədə çıxış edənlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən Ağdamın yenidən qurulmasından danışdılar.  

Tədbirin təşkilatçıları sözlə musiqini qəribə bir vəhdətdə təqdim etməyi uğurla bacardılar. Ağdam Musiqi Kollecinin "Qarabağ" instrumental ansamblının müşayiəti ilə respublikanın sevilən muğam ifaçılarının təqdim etdikləri Qədir Rüstəmovun repertuarına aid xalq və bəstəkar mahnılarından ibarət musiqi çələngi alqışlarla qarşılandı.

Tədbirin sonunda yubilyarın oğlu Mehdi Rüstəmov çıxış edərək xatirə gecəsinin keçirilməsində zəhməti olan hər kəsə, tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirdi.

Ruhun şad olsun, böyük sənətkar! Qədirbilən bir elin dəyərli övladı olduğun üçün sən xoşbəxtsən, Qədir! Şirin nəğmələrin dilimizdə, xoş avazın xəyallarımızda yaşayır.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!