05 Oktyabr 2023 11:19
35991
CƏMİYYƏT
A- A+
Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib - BAŞ PROKURORLUQ VƏ DTX-NİN BİRGƏ MƏLUMATI - VİDEO

Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib - BAŞ PROKURORLUQ VƏ DTX-NİN BİRGƏ MƏLUMATI - VİDEO

 

Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğu tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun Mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş birgə məlumatda bildirilir ki, araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Harutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin Arayik Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!