28 Iyun 2024 17:51
199
CƏMİYYƏT
A- A+

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

 

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov iyunun 28-də Qaxda Qax və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda vətəndaşların əsas müraciətləri son günlər Şəki-Zaqatala regionunda, o cümlədən Qax rayonunda baş verən güclü yağış və dolu nəticəsində təsərrüfatlara dəyən zərərlər, müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, əkin subsidiyaların ödənilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı olub.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib. Həmin məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Həmçinin qəbulda aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib. Fuad Sadıqov qeyd edib ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə əkin sahələrini sığorta edə bilərlər, belə sahələrə dəyən zərərlərə görə sığorta ödənişi edilir. Fond rəhbərliyi bölgədə baş verən təbiət hadisələrini xatırladaraq, fermerləri öz sahələrini sığortalamağa çağırıb.

Qəbuldan sonra Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov Qax rayonunun Güllük və Zaqatala rayonunun Muxax kəndlərində zərər çəkmiş təsərrüfatlarda əkinlərə baxıb və fermerlərlə söhbət edib. Bildirilib ki, güclü dolu Güllük kəndindəki qarğıdalı, taxıl və fındıq sahələrinə zərər vurub. Zaqatalada isə təbiət hadisələri meyvə bağlarına zərər yetirib.

Fond rəhbərliyi təsərrüfat sahiblərinə və fermerlərə öz əkinlərini sığortalamağı və dövlət dəstəyindən faydalanmağı tövsiyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video