13 Fevral 2026 16:34
605
İQTİSADİYYAT
A- A+
Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  


Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Nazir Məcnun Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında qurulmasının nazirliyin əsas prioritetlərindən biri olduğunu xatırladan nazir, ötən il bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında, ümumilikdə, 6876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarıldığını deyib. Müsabiqə nəticəsində icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstək sistemli şəkildə davam etdirilir.

2026-cı ildə nazirliyin qarşısında daha məsul vəzifələrin dayandığını vurğulayan nazir Məcnun Məmmədov istehsalın səmərəliliyinin artırılması, resurslardan rasional istifadə, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, fermer məmnunluğunun yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyən edilməli olduğunu bildirib. Cari ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.

Daha sonra nazir müavini Seymur Səfərli “Bitkiçilik sahəsinin inkişafı”, nazir müavini İlhamə Qədimova “Subsidiya mexanizmlərinin tətbiqi və monitorinq nəticələri”, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvandarlıqda epizootik sabitliyin təmin edilməsi və bitki mühafizəsi tədbirlərinin icra vəziyyəti” mövzularında ötən il görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarını məlumatlandırıblar.

Çıxışlardan sonra aqrar sahənin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda nazir Məcnun Məmmədov aqrar istehsalın artırılması, institusional təkmilləşmə və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərlərinə yerlərdə fermer və vətəndaşyönümlü işi artırmağı, onların üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi, aqrar sahənin inkişafı ilə bağlı təkliflər, layihələr və təşəbbüslər irəli sürməyi tapşırıb. 2025-ci ildə bir çox məhsullar üzrə yüksək məhsuldarlıq əldə olunduğunu xatırladan nazir 2026-cı ildə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!