18 Sentyabr 2024 08:10
718
SİYASƏT
A- A+
Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir

Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir


"Hazırda xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin - ötən il 19-20 sentyabr tarixdə Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyük Zəfər yolunun Xankəndi zirvəsidir. Həmin o əzəmətli zirvədən dönüb keçmişə, 21 il öncəyə baxdıqda Azərbaycan adlı dövləti amansız təlatümlərdən, xain xislətlərdən qoruyan, dərin siyasi-iqtisadi böhrandan xilas edərək yenidən quran Ulu Öndər Heydər Əliyevin xalqına o məşhur müraciəti yada düşür: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Ulu Öndərimiz, sözsüz ki, xalqının və dövlətinin taleyi ilə bağlı hər bir məsələyə məsuliyyətlə yanaşırdı. Bu müraciətdə də böyük bir məsuliyyət və dərin inam var idi".

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz əmin idi ki, yüksək intellektli, praqmatik düşüncəli, beynəlxalq siyasəti və dünya iqtisadiyyatını dərindən bilən İlham Əliyev cənabları qarşıda duran bütün vəzifələri vaxtında və dəqiq yerinə yetirəcək: "Çünki o, Heydər Əliyev məktəbinin ən işıqlı məzunudur, dahi Liderimizdən dərs alıb və ondan qətiyyəti, iradəni, xalqına dərin məhəbbəti və Vətənə sədaqəti əxz edib. Təbii ki, Ulu Öndərimizin nəzərdə tutduğu taleyüklü məsələlər sırasında işğala məruz qalmış torpaqlarımızın azad edilməsi birinci gəlirdi. Heç də təsadüfi deyildir ki, Şuşa düşmənlərdən tam təmizlənən gün Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!" demişdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk günündən xalqımız artıq qələbə qoxusunu duymuşdu. Dövlətimizin başçısının məqsədyönlü və genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndi, iqtisadiyyat dönməz inkişaf yolu tutdu, Azərbaycan kosmos ailəsinin üzvünə çevrildi, həmçinin Vətənə məhəbbət ruhunda yeni gənclik formalaşdı, güclü və yenilməz ordu quruldu. Bir sözlə, bütün yollar, atılan addımlar Qarabağa istiqamətlənmişdi. 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt zəfəri böyük Qələbənin müjdələri oldu. 2020-ci ildə isə düşmənə Tovuz döyüşlərində ağır zərbə vuruldu və bundan ayılmamış "dəmir yumruq" başlarına endi. Cəmi 44 günə işğalçı ordu məhv edildi, sağ qalanlar isə yalnız fərarilər idi. Müzəffər Ali Baş Komandan cənab 

İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz ordumuzun rəşadəti və yüksək döyüş ruhu, həmçinin xalqımızın sarsılmaz birliyi sayəsində möhtəşəm və bənzərsiz Qələbə ilə işğala son qoyuldu".

"Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınır, hətta hərbi təxribatlara əl atır, məhv edilmiş ordusunun tör-töküntülərini üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, ərazilərimizdən çıxarmırdı. Bununla yanaşı, kəşfiyyat fəaliyyətlərini genişləndirir, təmizlənmiş əraziləri yenidən minalayır, məqsədyönlü və planlı terror siyasəti həyata keçirirdi. Qarabağdakı separatizmin tullantıları isə "müstəqillik" oyununu yenidən davam etdirir, nə qədər gülünc olsa da, "prezident"lər seçir, qondarma "parlament"ləri bəyanatlar səsləndirirdi. 2023-cü il sentyabrın 19-da isə terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, ordumuzun bölmələrinin atəşə tutulması və iki hərbi qulluqçunun yaralanması, həmçinin elə həmin gün Ağdam və Şuşada iki mülki şəxsin erməni terrorunun qurbanı olması səbir kasasını dolduran son damla oldu. Bütün bunlar göstərirdi ki, antiterror tədbirləri qaçılmazdır. Odur ki, yenilməz və qəhrəman ordumuz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, erməni silahlılarının zərərsizləşdirilərək torpaqlarımızdan çıxarılması, azərbaycanlı mülki işçilər və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerə qoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtilə Azərbaycana hədə gələnlər saxlanılaraq əli qandallı Bakıya gətirildilər. Bu əməliyyat da Ali Baş Komandan cənab İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi. Xalqımız həmişə olduğu kimi, bu dəfə də həmrəylik nümayiş etdirərək öz rəhbərinin ətrafında "dəmir yumruğ"a döndü. Məhz bu vəhdət bizi növbəti parlaq Qələbəyə qovuşdurdu. Bu gün azad Xankəndidə, Şuşada, Xocalıda, Füzulidə, Laçında və digər işğaldan azad edilmiş ərazilərdə həyat yenidən qaynayır, geniş və sistemli abadlıq-quruculuq işləri aparılır. Yerli sakinlər xoşbəxt və böyük fərəh içərisində öz yurd-yuvalarına dönürlər. Gözəl Şuşamız əvvəlki kimi yenə də qonaqlı-qaralıdır, beynəlxalq və yerli tədbirlərə, konfranslara, musiqi festivallarına layiqli şəkildə evsahibliyi edir. Bu il uzun illərdən sonra Şuşada və Xocalıda ilk zəng çalındı, şəhərə köçürülən ailələrin övladları yeni tədris ilinə başladılar. Eləcə də Xankəndidəki Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açır. Bu mənzərəni seyr etdikcə yenə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə 2003-cü ildə xalqına etdiyi müraciəti xatırlayırıq və taleyüklü məsələni cənab İlham Əliyevin yüksək peşəkarlıqla necə həll etdiyini görürük", - deyə AHİK sədri bildirib.

"Hadisələrin sonrakı gedişi göstərdi ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi dövlətimizin başçısı cənab 

İlham Əliyevin dəmir iradəsi və sarsılmaz qətiyyəti sayəsində başa gəlib. Əsasən münaqişədən sonra bir sıra dövlətlər, beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək sərsəmləməyə başladılar, mənasız, böhtan xarakterli bəyanatlar qəbul etdilər. Elə sandılar ki, guya Azərbaycanı ləkələyə, haqq işinə kölgə sala biləcək və tutduğu yoldan döndərəcəklər. Bu işdə daha çox dəridən-qabıqdan çıxan isə dünyada ədalətsiz mövqeyi və yanaşmaları ilə tanınan Fransa idi və bu gün də həmin ampluasındadır. Fransa prezidenti Emmanuel Makron utanmadan bərbad vəziyyətdə olan daxili siyasətlərini bir kənara tullayaraq Azərbaycanın daxili işinə əl uzatmağa cəhdlər edir. Müstəmləkəçi siyasətini davam etdirən, insan haqlarını ayaqlar altına atan, koloniyalarının sərvətlərini talayan bir ölkənin boyundan hündürə tullanması, təbii ki, yersizdir və iflasa uğrayacaq.  Azərbaycan müstəqil dövlətdir, dönməz yol tutub və onun siyasətinə təsir etməyə Fransa kimi dövlətlərin gücü çatmaz. Sözsüz ki, bunu illərin təcrübəsi də sübut edir", - deyə konfederasiya sədri Sahib Məmmədov fikrini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!