13 Dekabr 2025 15:01
448
DÜNYA
A- A+
Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

Rumıniyanın nüfuzlu siyasi-hərbi analitiki Aleksandru Qrumaz Avropanın dəyişən qlobal təhlükəsizlik mühitində passiv mövqedən çıxaraq daha yetkin və məsuliyyətli oyunçuya çevrilməsinin zəruriliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, A.Qrumazın fikrincə, Avropa üçün həlledici sual - ənənəvi müttəfiq olan ABŞ-ın siyasəti daha proqnozlaşdırılmaz görünərkən və sərhəddəki təhdid getdikcə artarkən qitə öz təhlükəsizliyini necə təmin edə bilər. Analitik bu sualın cavabının Kiyevdən, Ukraynanın müqavimətindən başlandığını qeyd edir. Onun yanaşmasına görə, Almaniya, Fransa, Polşa, Böyük Britaniya, Şimal və Baltik ölkələri, Niderland, İspaniya və daha ehtiyatla İtaliya kimi bir sıra dövlətlər artıq anlayıblar ki, Avropanın təhlükəsizliyi birbaşa Ukraynanın ayaqda qalması ilə bağlıdır. Çünki Rusiyanın müharibəsi lokal mübahisə deyil, Avropanın xəritəsini güc yolu ilə yenidən cızmaq cəhdidir.

A.Qrumaz bildirir ki, Ukrayna məcburən kapitulyasiyaya sürüklənərsə, Moskva yeni təzyiq cəbhələri aça, həm konvensional, həm də hibrid vasitələrlə qitənin müxtəlif istiqamətlərində destabilizasiya yarada bilər. Bu mənada Ukrayna strateji bənd rolunu oynayır. Analitik hesab edir ki, Avropa Ukraynaya dəstək baxımından düşündüyündən daha çox rıçaqlara malikdir və bəzi sahələrdə hətta ABŞ-dan da üstün vəziyyətdədir. Avropa daha çox dondurulmuş Rusiya aktivlərinə nəzarət edir, həlledici sanksiya mexanizmlərini tətbiq edir, Ukrayna iqtisadiyyatını dəstəkləyir və hərbi təchizatın böyük hissəsini təmin edir.

Eyni zamanda, A. Qrumaz vurğulayır ki, ABŞ-ın rolu kənarda qalan deyil. Vaşinqtondan gələn kəşfiyyat məlumatları Ukraynanın hücumları dəf etməsi, kritik infrastrukturu qoruması və Rusiya daxilində hədəflərin müəyyənləşdirilməsi üçün həyati əhəmiyyət daşıyır. Digər tərəfdən, avropalıların satın aldıqları silah və sistemlərin mühüm hissəsinin Amerika sənayesindən gəlməsi analitikin təhlilində xüsusi yer tutur. O qeyd edir ki, bu hal Avropanın struktur asılılığını uzadır, qısamüddətli boşluqları doldurarkən yeni həssaslıqlar yaradır.

A.Qrumazın qənaətinə görə, Avropanın əsas çatışmazlığı resurs deyil, iki nadir siyasi keyfiyyətdir: ardıcıllıq və cəsarət. O bildirir ki, Avropa institutları uzunmüddətli baxışdan danışsa da, tez-tez yerli maraqların, bürokratik tıxacların və hüquqi ehtiyatların müharibə reallığı ilə üst-üstə düşmədiyi müşahidə olunur. Bu kontekstdə analitik dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsində tərəddüdləri nümunə göstərərək vurğulayır ki, nəzəri risklər Ukraynanın məğlubiyyəti halında ortaya çıxacaq real strateji xərclərlə müqayisədə xeyli kiçikdir.


Onun fikrincə, Avropa ABŞ-la münasibətləri də narahatlıqla deyil, yetkinliklə idarə etməlidir. Avropa diplomatiyası Vaşinqtona diplomatik səylərə görə təşəkkür edərək eyni zamanda izah edə bilər ki, müharibənin böyük hissəsi Avropa tərəfindən idarə oluna bilər. Avropanın ABŞ-dan gözləntisi komanda deyil, kəşfiyyatda davamlılıq və Avropa müdafiə sənayesi təkmilləşənə qədər avadanlığa sürətli çıxışdır.

A. Qrumaz qlobal fonun da Avropanı tələsdirdiyini qeyd edib.O qeyd edib ki, Rusiya hərbi sənayesini bərpa edir, Çin Hind-Sakit okean regionunda Qərbin ayıqlığını sınaqdan keçirir, ABŞ isə öhdəliklərini müxtəlif cəbhələr arasında bölüşdürür. Eyni zamanda, Ukraynanın imkanlarının tədricən Avropa təhlükəsizlik ekosisteminə inteqrasiyası onu yalnız dəstək alan deyil, təhlükəsizliyə töhfə verən subyektə çevirir.

Analitik əlavə edir ki, Avropada sağ radikal qüvvələrin yüksəlişi və onların bir qisminin Moskva ilə bağlı simpatiyaları ümumi konsensusu sarsıdır və kritik qərarları ləngidir. Halbuki Ukraynaya dəstəyin xərcləri nə qədər böyük görünsə də, Rusiyanın qalib gəldiyi ssenarinin xərcləri ilə müqayisəolunmaz dərəcədə aşağıdır. A.Qrumaz yazır ki, Avropa sabah sülh vəd edə bilməsə də, Ukraynanın ayaqda qalmasını təmin etməklə, Rusiya təzyiqini azaltmaqla və daxili birliyi gücləndirməklə daha davamlı təhlükəsizlik çərçivəsi qura bilər. Bu yanaşma Avropanın strateji muxtariyyətini real məzmunda bərpa etməsinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!