02 May 2024 19:15
208
SİYASƏT
A- A+

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

 

Bundan əvvəl keçirilmiş beş forumda da iştirak etmişəm. Azərbaycan dövləti mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verir. Çünki Azərbaycan multikultural ölkədir. Bunun göstəricilərindən biri kimi elə bu Forumu misal göstərmək olar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sülh və əmin-amanlıq üçün dialoqu prioritet hesab etdiyini vurğulayan A.Suver bildirib: “Digər çıxışçılar da intellektual və inanc baxımından bu dialoqun əhəmiyyətini vurğuladılar. Fikrimcə, bu panellərdə həm akademik dairələri, həm də din xadimlərinin bir araya gətirilməsi cəmiyyətin fərqli qruplarının bir-biri ilə daha da yaxınlaşmasına, fikirləri ilə tanış olmalarına fürsət yaradır. Bunun fərqində olan Azərbaycan 100-dən çox ölkənin müxtəlif qruplarını buraya dəvət etməklə iştirakçıların bir-biri ilə daha yaxından tanış olmalarına, dialoq vasitəsilə münaqişələrin azaldılmasına, qarşılıqlı anlaşmanın genişlənməsinə çalışır. Bu, təqdirəlayiq təşəbbüsdür. Çünki müxtəlif münaqişələr səbəbindən dünya müharibələr şəraitindədir. Bu vəziyyətdən çıxış yollarından biri də daha çox silahlanmaq yerinə, dialoq mühitinin genişləndirilməsinə töhfə verməkdən ibarətdir. Dünən açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin verdiyi mesajlar da bu istiqamətdə oldu. Müharibədə qalib gələn Ali Baş Komandanın dilindən dialoqun önəminin vurğulanması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video