08 Noyabr 2017 01:11
381
İQTİSADİYYAT
A- A+
Ağstafa məhsulları dünya bazarına çıxır

Ağstafa məhsulları dünya bazarına çıxır

 

Ölkəmizdə aqrar sektorun inkişaf strategiyasının həyata keçirilməsi kəndliyə sabaha ümidlə baxmağa imkan verir. İndi cəsarətlə demək olar ki, Azərbaycanda ərzaq təhlükəsizliyi problemi uğurla həll olunur, o cümlədən daxili bazarın idxaldan asılılığı minimuma endirilir. 

Xüsusilə regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, bölgələrdə infrastruktur layihələrinin icra edilməsi bu sahədə müsbət irəliləyişlərə səbəb olur. Bu gün respublikamızda elə bir şəhər, elə bir rayon yoxdur ki, həmin inkişafdan geri qalsın.
Belə rayonlardan biri Ağstafadır. Son illər burada aparılan islahatlar və yenidənqurma işləri sayəsində rayonun siması tamamilə dəyişmiş, insanların sosial rifahı nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Hazırda rayonda elə müəssisələr var ki, onların istehsal etdiyi məhsullar nəinki Azərbaycanda həvəslə alınır, hətta xarici ölkələrə ixrac edilir. Rayonda fəaliyyət göstərən “Karvan-L EKO” Sənaye Parkının, “Aqroservis” MMC-nin, eləcə də “Akkord” tikiş fabrikinin istehsal etdiyi məhsullara uzaq Avropada da tələbat var. Ağstafa məhsulları “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına yol açmaqla həm Azərbaycanın imicini yüksəldir, həm də ölkəmizə valyuta gətirir.
Hər ili uğurla yola salan ağstafalılar 2017-ci ildə də bütün qüvvələrini səfərbərliyə alaraq istər sənayedə, istərsə də aqrar sahədə yüksək göstəricilər qazanmaqla ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər. Cari ilin ötən dövrü ərzində əldə olunan göstəricilərə nəzər salanda bunun bir daha şahidi olursan. Belə ki, 9 ayda rayonda iqtisadi islahatlarla bağlı ciddi addımlar atılmış, nəticədə məhsul istehsalının həcmi 43,6 faiz artaraq 143,7 milyon manata çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunan sənaye məhsullarının həcmi 38,3, kənd təsərrüfatı məhsullarının həcmi 0,9 faiz artmışdır.
Aqrar sektordan söz düşmüşkən qeyd edək ki, bu mövsüm ağstafalılar 30883 ton taxıl istehsal etməklə, əvvəlki illərdən fərqli olaraq, hər hektardan məhsuldarlığı 30 sentnerə çatdırmışlar. İstehsal edilən taxılın 26373 tonu buğda, 4510 tonu arpadır. Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər var. Belə ki, rayon üzrə indiyədək 2610 ton bostan məhsulları, 15450 ton kartof, 479 ton soğan, 6056 ton tərəvəz, 2619 ton günəbaxan, 3345 ton qarğıdalı istehsal edilmişdir. Cari ildə 9824 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, buğda və çəltik əkininə görə 1,1 milyon manatdan çox subsidiya verilmişdir.
Azərbaycanda şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Prezidentin fərmanına uyğun olaraq bu il rayonda 500 hektar şəkər çuğunduru əkilmişdir. Yaxın günlərdə yığıma başlanacaq. Mütəxəssislərin rəyinə görə, bu sahədə də yüksək məhsuldarlıq gözlənilir.
Məlum olduğu kimi, yüksək məhsuldarlıq üçün su ən vacib amillərdəndir. Ancaq təəssüf ki, bu il Ağstafa dəryaçasında kifayət qədər su ehtiyatı yığılmadığından əkin sahələrinin suvarma suyu ilə təminatında müəyyən problemlər yaranmışdı. Problem nəzərə alınaraq daxili imkanlar hərəkətə gətirilmiş, Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən 9 selötürən, 3 suayırıcı qurğu, 2 dükker, 20 hidrotexniki qurğu, 18,4 kilometr beton kanallar cari və əsaslı təmir edilmiş, lildən və kol-kosdan təmizlənmişdir.
Ümumiyyətlə, bu il rayonda 47 subartezian quyusunda cari, 68 quyuda əsaslı təmir işləri aparılmışdır. Mövcud subartezian quyuları vasitəsilə 3554 hektar əkin sahəsi suvarılmışdır. Hazırda ölkə rəhbərinin müvafiq sərəncamı ilə rayonda daha 7 subartezian quyusu qazılır. Həmin quyular istismara verildikdən sonra Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu kəndlərinin su təminatı qaydaya salınacaq.
Rayonda təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər görülür. Belə ki, Köhnəqışlaq kənd orta məktəbi üçün 108 şagirdlik bina və Kolayır kəndində 20 şagirdlik modul tipli ibtidai məktəb binası tikilmişdir.
Həmişə olduğu kimi, cari ilin ötən müddəti ərzində rayonda abadlıq və quruculuq işləri də davam etmişdir. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri ön plana çəkilmişdir. Belə tədbirlər çərçivəsində bir sıra ərazilərdə yeni yaşıllıq zolaqları salınmış, yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasad hissələri təmir edilmiş, binaların həyətində abadlıq işləri görülmüşdür.
Kənd və qəsəbələrdə də abadlıq, yenidənqurma işləri aparılır. Kənd icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi ilə 35,6 kilometr uzunluğunda suötürücü arxlar təmizlənmiş, 33,9 kilometr yola çınqıl tökülmüş, 141 elektrik dayağı yenisi ilə əvəz edilmiş, 21 yerdə yeni su keçidi salınmış, 6 elektrik transformatoru, 800 metr uzunluğunda içməli su xətti və 20 subartezian quyusu təmir edilmişdir.
Rayonda yol infrastrukturu da yenidən qurulur. Artıq Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən və uzunluğu 15,5 kilometr olan Ağstafa-Köçəsgər, uzunluğu 9,5 kilometr olan Köçvəlili-Qarayazı avtomobil yollarının yenidən qurulması başa çatmışdır. Hazırda Vurğun, Göycəli, Tatlı, Yaradulla və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə birləşdirən 24 kilometrlik Vurğun-Köhnəqışlaq, həmçinin 9,5 kilometrlik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolları yenidən qurulur. Rayon ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək üçün 4 körpünün tikintisi də başa çatmışdır.
Əldə olunan bu nailiyyətlər ağstafalıları arxayınlaşdırmır. Onlar doğma rayonlarının iqtisadiyyatına daha böyük töhfələr vermək üçün yorulmaq bilmədən çalışırlar.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

17:54
04 İyun

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:47
04 İyun

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

17:41
04 İyun

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

17:39
04 İyun

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

17:31
04 İyun

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

17:28
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

16:59
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!