12 May 2026 20:43
807
Elm və texnika
A- A+
ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu

ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu


İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə əməkdaşlığı çərçivəsində ADA Universiteti Forumun “StrategicIntelligence” (“Strateji İntellekt”) platformasına məzmun təminatçısı kimi qoşulub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ADA Universitetinin bu platformada təmsil olunması ölkənin akademik və analitik potensialının qlobal bilik ekosisteminə inteqrasiyası və elmi nailiyyətlərin auditoriyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.

Qeyd edək ki, “Strateji İntellekt” platformasının 1 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformada Harvard, Yel, Oksford universitetləri və KAİST İnstitutu da daxil olmaqla 400-dən artıq akademik tərəfdaş məzmun təqdim edir.

“Strateji İntellekt” yüzlərlə qlobal problemin və onların qarşılıqlı əlaqələrinin xəritəsini təqdim edən süni intellektəsaslı təhlil platformasıdır. Bu platforma istifadəçilərə müxtəlif mövzular üzrə əsas məsələləri daha geniş perspektivdə analiz etməyə və qlobal tendensiyaları anlamağa imkan yaradır. Məlumatlar “transformasiya xəritəsi” adlanan interaktiv və dinamik vizuallaşdırma formatında təqdim olunur. Bu xəritələr 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər sahələr üzrə qlobal çağırışlar arasındakı əlaqələri araşdırmağa imkan verir.

ADA Universiteti ölkəmizdən platformaya qoşulan 4-cü məzmun təminatçısıdır. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Bakı Mühəndislik Universiteti məzmun təminatçısı kimi platformaya qoşulublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!