13 Fevral 2026 17:14
729
SİYASƏT
A- A+
ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar fonunda Azərbaycanın geosiyasi çəkisi və diplomatik manevr imkanları əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, nəqliyyat-kommunikasiya marşrutlarında və regional sabitliyin qorunmasında oynadığı rol onu qlobal güclər üçün etibarlı tərəfdaşa çevirilmişdir. Bu reallıqlar fonunda aparıcı dövlətlərin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməyə  xüsusi maraq göstərməsi diqqətəlayiqdir.

Və elə bu baxımdan da ABŞ-nın vitse-prezidenti  Cey. Di. Vensin  Bakıya səfəri də iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını simvolizə edən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycanın artan geosiyasi çəkisi və regional rolu ölkəni dünyanın aparıcı dövlətləri üçün etibarlı və strateji tərəfdaş kimi ön plana çıxarmışdır.  Bu kontekstdə 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş zamanı səsləndirilən mesajlar beynəlxalq diplomatiyanın gündəliyində mühüm yer tutur. 

Bu səfər Vaşinqton–Bakı xətti üzrə formalaşmış institusional və strateji əməkdaşlığın ardıcıl inkişafını nümayiş etdirir. Vitse-prezident Vensin  Bakıya səfəri Azərbaycan diplomatiyasının yüksək səviyyəsinin və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun birbaşa nəticəsidir. Eyni zamanda bu, Vaşinqton–Bakı dialoqu çərçivəsində formalaşmış etimadın, qarşılıqlı strateji baxışların və davamlı əməkdaşlıq iradəsinin göstəricisidir. 

Görüşün yekunu olaraq imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın enerji təhlükəsizliyi və regional sabitlik sahəsində aktiv rolunun beynəlxalq səviyyədə tanınmasına, eləcə də strateji və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edir.


Dünyanın aparıcı dövlətinin Azərbaycana göstərdiyi diqqət ölkəmizi qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi mövqeləndirir. Xartiya qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir, Azərbaycanın strateji tərəfdaş kimi rolunu təsdiqləyir. ABŞ-nın vitse-prezidenti  Cey. Di. Vensin  səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da gücləndirməklə yanaşı, ölkəmizin strateji təsir imkanlarının genişləndirilməsi üçün konkret platforma yaradır.

Xartiya çərçivəsində süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq sistemli şəkildə təşviq olunur, qarşılıqlı öhdəliklər kimi rəqəmsal infrastrukturun inkişafı, tədqiqat, tətbiqlərin hazırlanması və kommersiyalaşdırılması, kibertəhlükəsizlik üzrə birgə təşəbbüslərin həyata keçirilməsi müəyyən edilir. Bu isə texnoloji tərəqqinin sürətlənməsinə, ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasının güclənməsinə, özəl sektorun strateji layihələrdə fəal iştirakına və beynəlxalq standartlara uyğun innovasiya sisteminin formalaşmasına xidmət edir.

Xartiya Azərbaycan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığına xüsusi təsir göstərəcəkdir. Belə ki, sənəddə müdafiə sənayesi məhsullarının tədarükü, terrorizm və digər qlobal təhdidlərə qarşı birgə mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bu müddəalar Azərbaycanın regional təhlükəsizlik sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu gücləndirməklə yanaşı, beynəlxalq müdafiə və sülhməramlı təşəbbüslərdə fəal iştirak imkanlarını genişləndirir.

Xartiya eyni zamanda Azərbaycanın humanitar minatəmizləmə və təhlükəsizlik sahəsində texnoloji dəstək vasitəsilə milli və regional sabitliyə verdiyi töhfəni də təsdiqləyir.

Xartiyada regional bağlantılar və Orta Dəhliz layihələri ilə bağlı müddəalar da xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın qlobal nəqliyyat və ticarət şəbəkələrində strateji mövqeyini möhkəmləndirir. Bu təşəbbüslər multimodal logistikanın, enerji və tranzit infrastrukturunun inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz əlaqəni təmin edir və regionun beynəlxalq ticarət potensialını artırır. Eyni zamanda Xartiya iqtisadi investisiyaların və biznes mühitinin genişləndirilməsinə xüsusi diqqət ayıraraq dövlət və özəl sektorun birgə fəaliyyətini səfərbər edir, innovasiya və rəqəmsal infrastruktur sahələrinə yatırımları təşviq edir, Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir və strateji iqtisadi imkanlarını gücləndirir. Beləliklə, səfər və Xartiyanın imzalanması Azərbaycanın mövcud diplomatik potensialını təsdiqləməklə yanaşı, gələcək strateji təşəbbüslərini beynəlxalq müstəvidə daha effektiv və dəyərli edir. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!