28 Iyun 2024 14:02
135
DÜNYA
A- A+

2025-ci ildə daha “ağıllı” avtomobillər istehsal olunacaq

 

“Citroen”, “Fiat”, “Abarth”, “Peugeot” və “Opel” kimi markalara sahib “Stellantis” şirkəti avtomobillərinə süni intellekti inteqrasiya etmək və nəqliyyat vasitələrini idarə etməyi asanlaşdırmaq məqsədi daşıyan üç yeni texnologiya açıqlayıb. Bu texnologiyalar ilə təkmilləşdirilmiş avtomobillər gələn ildən etibarən yollarda görünə bilər.

Yeni sistemlərlə təchiz ediləcək ilk avtomobillər arasında 2025-ci ildə bazara çıxarılacaq son nəsil “Fiat Panda” olacağı gözlənilir. Söhbət hazırda avtomobillərdə fərdi sensorlar və prosessorlar tərəfindən yerinə yetirilən bir çox funksiyaları mahiyyətcə öz üzərinə götürəcək “STLA Brain” adlı yeni mərkəzləşdirilmiş kompüter sistemindən gedir.

Digər yenilik isə süni intellekt və kontekstdən asılı olan menyulardan istifadə etməklə sürücülərə daha çox məlumat verəcək “STLA Smart Cockpit”dir. Məsələn, avtomobil ünvana və ya günün saatına əsasən, səyahət üçün musiqi siyahısı təklif edə bilər. Sistem həmçinin, bu avtomobillərin “Stellantis” markası olması şərtilə, avtomobillər arasında seçimləri və sürücülük vərdişlərini ötürə bilən fərdiləşdirilmiş sürücü profili yaradacaq.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video