2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəlinin dərc edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar № 4/16
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərin qeydə alınma mərhələsi başa çatmış və nəticədə 7 iddiaçının namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2024-cü il yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış namizədlər və buna hüququ olan subyektlər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənişli və ödənişsiz əsaslarla təşviqat apara bilərlər.
Seçki Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən ictimai teleradio təşkilatları namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara təşviqat aparmaqdan ötrü bərabər şərait yaradırlar.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (bundan sonra - İTV) ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2024-cü il 14 yanvar tarixli 3/14 saylı Qərarı ilə püşkatma komissiyası yaradılmış, püşkatmanın yeri və vaxtı müəyyən edilmiş, bu barədə məlumat rəsmi dərc olunmuş və maraqlı subyektlər məlumatlandırılmışdır.
İTV Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulandan 2 dəfə artıq (həftədə 6 saat olmaqla) ödənişsiz efir vaxtı ayıraraq, həmin vaxtın 3 saatının televiziyada, 3 saatının isə radioda hüququ olan subyektlər tərəfindən "dəyirmi masa" formatına uyğun istifadə edilməsi üçün təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İTV arasında əldə edilmiş razılığa əsasən sözügedən efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan zamanda - həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 21.00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21.00-da radio dinləyicilərinə təqdim olunacaq.
Püşkatma komissiyası İTV tərəfindən ayrılmış efir vaxtının bölgüsünü püşkatma yolu ilə müəyyən etməli, püşkatmanın nəticələri protokolla rəsmiləşdirilməli, efir vaxtının bölgüsü barədə cədvəl dərc edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 - 80.7-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində püşkatma komissiyası İTV tərəfindən ayrılmış və həftəlik ümumi həcmi 6 saat olan efir vaxtının (2024-cü il yanvarın 15-dən başlayaraq 3 saat televiziyada hər dəfə 1 saat, saat 21.00-da başlamaqla, 3 saat radioda hər dəfə 1 saat, saat 21.00-da başlamaqla) bölgüsünü püşkatma yolu ilə müəyyən etsin.
2. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilsin və efir vaxtının bölgüsü barədə cədvəl dərc edilsin (əlavə olunur).
3. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsinin təmin edilməsi öz səlahiyyətləri daxilində İTV rəhbərliyinə həvalə edilsin.
4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
15.01.2024
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınmış namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının bölgüsü CƏDVƏLİ
15 yanvar 2024-cü il
Televiziyada dəyirmi masa formatında
Həftənin günləri |
Efirəçıxma tarixi |
Efirəçıxma vaxtı |
Bazar ertəsi, çərşənbə və cümə
|
15.01.2024 |
21.00
|
17.01.2024 |
||
19.01.2024 |
||
22.01.2024 |
||
24.01.2024 |
||
26.01.2024 |
||
29.01.2024 |
||
31.01.2024 |
||
02.02.2024 |
||
05.02.2024 |
Radioda dəyirmi masa formatında
Həftənin günləri |
Efirəçıxma tarixi |
Efirəçıxma vaxtı |
Çərşənbə axşamı, cümə axşamı və şənbə |
16.01.2024 |
21.00 |
18.01.2024 |
||
20.01.2024 |
||
23.01.2024 |
||
25.01.2024 |
||
27.01.2024 |
||
30.01.2024 |
||
01.02.2024 |
||
03.02.2024 |
Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən dəyirmi masanın aparılma ardıcıllığı
Namizədin soyadı, adı, atasının adı |
Aparıcıdan |
|
sağda |
solda |
|
1. Oruc Zahid Məhərrəm oğlu |
1 |
|
2. Mustafa Fazil Qəzənfər oğlu |
|
2 |
3. Əliyev İlham Heydər oğlu |
3 |
|
4. Musayev Elşad Nəbi oğlu |
|
4 |
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu |
5 |
|
6. Nurullayev Razi Qulaməli oğlu |
|
6 |
7. Əliyev Fuad Ağasi oğlu |
7 |
|
Qeyd:
1. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) dəyirmi masa formatında istifadəçilərin sərəncamına veriləcəkdir.
2. Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən dəyirmi masada hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaqdır.
3. İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və dəyirmi masa formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"TEMİRLİ QRUP" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
09 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
09 May
İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqın...
09 May
Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
09 May
Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlled...
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes-forumu
09 May
Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın...
09 May
Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş
09 May
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə gö...
09 May
Ali qonağın şərəfinə
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!