21 İyun 2024 09:30
352
SİYASƏT
A- A+
Rusiya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iş planı imzalanıb

Rusiya və Azərbaycan qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iş planı imzalanıb

 

Federasiya Şurasında Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 21-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin aparıb.

İclasda A.Yatskin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələri əsasında inkişaf edir. İki ölkə arasında münasibətlərin xüsusi statusu müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə rəsmiləşdirilib.

“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin etibarlı dialoqu ölkələrimiz arasında siyasi təmasların və səmərəli əməkdaşlığın dinamikasını müəyyən edir”, - deyə Federasiya Şurasının birinci müavini bildirib. O əlavə edib ki, Rusiya parlamentinin hər iki palatasının sədrləri - Valentina Matviyenko və Vyaçeslav Volodinin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında müntəzəm görüşlər və telefon danışıqları keçirilir.

A.Yatskin vurğulayıb ki, iki ölkənin parlamentlərarası əməkdaşlığı fəal inkişaf etdirilir. “Biz MDB Parlamentlərarası Assambleyası, Parlamentlərarası İttifaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyasında qarşılıqlı fəaliyyət göstəririk”, - deyə o bəhs edib.

Onun sözlərinə görə, fevral ayında Stavropol diyarında keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu mühüm hadisə olub. İndi Rusiyanın 70-dən çox regionu Azərbaycanla regionlararası əməkdaşlıqda iştirak edir.

“Azərbaycan Rusiyanın kənd təsərrüfatı sahəsində ənənəvi tərəfdaşıdır. Ölkələr arasında əməkdaşlığın inkişafı ərzaq təhlükəsizliyi sahəsində risklərin qarşısını almağa imkan verir. Rusiyada Azərbaycan müəssisələri ilə birgə aqrolayihələr inkişaf etdirilir, ərzaq məhsulları və kənd təsərrüfatı texnikasının tədarükündə perspektivli qarşılıqlı fəaliyyət qurulub. Ölkəmiz qarşılıqlı tədarükün həcminin və mal çeşidinin artırılmasında maraqlıdır”, - deyə Federasiya Şurasının birinci müavin bildirib.

O qeyd edib ki, iş üçün əsas mövzu Rusiya ilə Azərbaycan arasında nəqliyyat və logistika əməkdaşlığı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafıdır. Rusiya və Azərbaycan Xəzəryanı dövlətlərin beşliyinə daxildir və məhz buna görə də dəhliz fəal inkişaf və əməkdaşlıq üçün ilkin şərtlər yaradır.

Daha bir mühüm məsələ, ümumi təhsil, elm və dil məkanın qorunub saxlanmasıdır. Rusiya və Azərbaycan ənənəvi olaraq təhsil və elm sahələrində əlaqələr qurur. Hazırda Azərbaycanda 300-dən çox rusdilli məktəb fəaliyyət göstərir, rus dilinin öyrənilməsi üzrə resurs mərkəzləri açılıb, Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Eyni zamanda, Rusiya ali məktəblərində Azərbaycandan 8 minə yaxın tələbə, onlardan 1000 yaxın tələbə Rusiyanın federal büdcəsinin hesabına təhsil alır.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, əməkdaşlıq üzrə komissiyanın iclasının ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə verəcək. “Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Sevindirici haldır ki, bu gün biz dövlətlərarası münasibətlərimizi məhz bu möhkəm tarixi zəmin üzərində inkişaf etdiririk”, - deyə o bildirib.

“Rusiya Qafqazda regional təhlükəsizlik baxımından fundamental ölkədir və dövlətlərimizin qarşılıqlı fəaliyyətindən çox şey asılıdır”, - deyə Ə.Hüseynli vurğulayıb.

İclasda, həmçinin Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 2024–2026-cı illər üçün iş planının (“yol xəritəsi”) imzalanması mərasimi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

10:13
28 Sentyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Nyu-York İqlim Həftəsində iştirak edir

09:41
28 Sentyabr

Ceyhun Bayramov İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş dialoqda iştirak edib

09:40
28 Sentyabr

Azərbaycan və İndoneziya arasında diplomatik pasport sahiblərinin vizadan azad edilməsinə dair saziş imzalanıb  

09:39
28 Sentyabr

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər nazirini regional vəziyyətlə bağlı məlumatlandırıb

09:38
28 Sentyabr

Ceyhun Bayramov almaniyalı həmkarını Ermənistanın silahlanmasının sülhə təhdid yaratması barədə məlumatlandırıb

09:37
28 Sentyabr

“YAŞAT” Fondu şəhid ailə üzvlərini Şuşa və Xankəndidə bir araya gətirib

09:34
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!