28 Sentyabr 2024 09:40
398
SİYASƏT
A- A+
Ceyhun Bayramov İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş dialoqda iştirak edib

Ceyhun Bayramov İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş dialoqda iştirak edib

Sentyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyimiz çərçivəsində təşkil olunan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş qeyri-rəsmi nazirlər dialoqunda iştirak və çıxış edib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, nazirlər dialoqunda, həmçinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iştirak və çıxış edib. Eyni zamanda, tədbirdə müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, habelə COP29 üzrə danışıqçılar qruplarının üzvləri iştirak ediblər.

Ceyhun Bayramov çıxışında Azərbaycanın COP29 Sədrliyi fəaliyyəti, prioritet və təşəbbüslərindən, habelə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırıması istiqamətində aparılan danışıqlar prosesindən ətraflı bəhs edib.

COP29 Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində ölkəmizin inklüzivlik və əməkdaşlıq çərçivəsində prosesin bütün maraqlı tərəfləri ilə yaxından çalışdığı diqqətə çatdırılıb. İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaiti cəlbinin vacibliyini nəzərə alaraq, özəl sektor, habelə çoxtərəfli maliyyə institutlarının iştirakı ilə bütün resursları səfərbər etməyin və Qlobal Cənubun iqlim dəyişikliyinə qarşı mübarizə səylərinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının prosesin ən vacib elementlərindən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə danışıqlarda iştirak edən bütün tərəfləri konstruktiv mövqe sərgiləyərək bəşəriyyətin qarşısında duran iqlim dəyişikliyi təhdidi ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsinə çağırış edib.

COP29 Sədrliyimizin 14 əsas təşəbbüs və bəyanla müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib. İqlimə əsaslanan inkişafın dəstəklənməsi yanaşmamızın, xüsusilə ən həssas təbəqələri nəzərə aldığı vurğulanıb.

Nazirlər dialoqu İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə müzakirələrin aparılması ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

14:21
28 Sentyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

11:04
28 Sentyabr

Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir

10:49
28 Sentyabr

İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır

10:46
28 Sentyabr

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib

10:42
28 Sentyabr

Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib

10:41
28 Sentyabr

Azərbaycan nefti ucuzlaşıb

10:40
28 Sentyabr

VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb

10:19
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!