Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Sentyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri İvan Kondov ilə görüşüb.
XİN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektlərinin mövcudluğu məmnunluqla qeyd edilib.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirdiyi xüsusi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın vacib olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində görülmüş işlərdən bəhs olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir
“Philips” yeni monitorunu nümayiş edib
ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub
Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır
“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib
Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır
Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub
Yeni ekzoplanet kəşf edilib
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir
Blinken ABŞ və Çin liderləri arasında təmasların olacağını gözləyir
İcma: Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlıdır
Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə COP29-a hazırlıq prosesini müzakirə edib
Azərbaycan-Afrika İttifaqı əlaqələrinin perspektivləri müzakirə edilib
Azərbaycan nefti ucuzlaşıb
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlanıb
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!