23 Aprel 2024 12:30
149
SİYASƏT
A- A+

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

 

Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna malik olduqlarını vurğulayıb.

Kamal Cəfərov azərbaycanlıların Ermənistandan bir neçə mərhələdə qovulduğunu bildirərək 1987-1991-ci illərdəki son deportasiya zamanı 300 min azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarıldığını diqqətə çatdırıb. İcmanın nümayəndəsi Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı beynəlxalq humanitar hüququn çoxsaylı pozuntusunun törədildiyini bildirib. O, ATƏT-i və vətəndaş cəmiyyətlərini soydaşlarımızın geri qayıdış hüququnu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də təxribata əl ataraq Qərbi Azərbaycan İcmasının nümayəndəsinin tədbirdə iştirakına mane olmağa cəhd göstərib. Lakin buna nail ola bilmədikləri üçün tədbiri tərk ediblər.

Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayır, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu, həmçinin media azadlığı üzrə nümayəndəsini Ermənistanın bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video