03 Dekabr 2023 09:05
7708
Təhsil
A- A+
Qarabağda universitetlərin filialları açılacaq

Qarabağda universitetlərin filialları açılacaq

 

Yeni layihələr Azərbaycanda elm və təhsilin inkişafına yönəlib

 

"Xankəndidə Qarabağ Universitetinin açılması Azərbaycan elminin və təhsilinin uğurlarından xəbər verir. Dövlət başçısının sərəncamı onu göstərir ki, Qarabağda quruculuq və bərpa işləri uğurla gedir. Dini, tarixi abidələrin, mədəniyyət abidələrinin bərpası göz qabağındadır. O cümlədən ali təhsil pilləsi üzrə bir müəssisənin açılmasına da ehtiyac var idi".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.  Deputat bildirib ki, Xankəndidə vaxtilə Pedaqoji Universitetin filialı olmuş, sonra o, müstəqil ali məktəbə çevrilmişdir, bu gün isə universitet Azərbaycan müəllimlərinin və tələbələrin iştirakı ilə yenidən açılır: "Elm və təhsil naziri də çıxışında qeyd etdi ki, 2024-2025-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi xətti ilə imtahanlar keçiriləcək. 1000 nəfər tələbənin universitetdə təhsil alması nəzərdə tutulur. Təbii ki, universitetdə yaradılacaq ixtisasların ən birincisi tarix olmalıdır. Qarabağın tarixini ixtisasımızdan asılı olmayaraq, hər birimiz əzbər bilməliyik. Ona görə də bu ixtisasların açılması onu göstərir ki, Qarabağ Universitetində tarix fənnini tədris edən müəllim həm kitablardan Qarabağın tarixini öyrədəcək, həm də orada canlı tarixi öz tələbələri ilə bölüşəcək. Təbii ki, Xankəndidə Qarabağ Universitetinin açılması tək ali məktəb olmayacaq. Yəqin ki, Qarabağın bərpası nəticəsində əhalinin mərhələli şəkildə köçürülməsi ilə bağlı yeni ali məktəblər təsis ediləcək, digər universitetlərin filialları da açılacaq. Filialların da olmasına böyük ehtiyac var. Bununla yanaşı, bizim kontingentimiz məhdud olmayacaq. Təkcə Qarabağdakı yaşayanlar deyil, hətta xaricdən bu ali məktəblərə gələnlər olacaq". 
Deputatın sözlərinə görə, Qarabağda bir neçə ali təhsil müəssisəsinə ehtiyac var: "Bu gün 4 minə yaxın əhali işğaldan azad olunmuş ərazilərə köçürülüb. Son nəticədə qaçqın və köçkün düşən bütün insanlar bu əraziyə köçürülərsə, onların sayı milyondan yuxarı olacaq. Ona görə də bu ərazilərdə universitetlərin açılması lazımdır". 
A.İsgəndərov qeyd edib ki, bu ali məktəblərin yaradılması Azərbaycanda elm və təhsilin inkişafı deməkdir: "Qarabağda yaradılan ali məktəblərin bir məsuliyyəti də o olacaq ki, onlar illər ərzində düşmənin bizə qarşı törətdiyi soyqırımını unutmamaq üçün tarixi mənbələr əsasında öyrədəcək və Azərbaycan gənci xalqımızın düşmənlərini tanıyacaq. Bunun üçün Qarabağ tarixi ilə bağlı nə sənədlər varsa, dünyanın hansı arxivindədirsə, onlar Azərbaycana gətirilməlidir. Hər bir ali məktəb uğur deməkdir, tələbə sevinci deməkdir. Cəbhədə böyük uğur qazanan Azərbaycan əsgəri Qarabağ Universitetinin auditoriyasında da uğura imza atacaq".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

21:01
12 Sentyabr

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

20:53
12 Sentyabr

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

20:37
12 Sentyabr

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

20:27
12 Sentyabr

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

20:17
12 Sentyabr

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

20:02
12 Sentyabr

Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

19:52
12 Sentyabr

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

19:52
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!