23 Aprel 2024 23:26
141
SİYASƏT
A- A+

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

 

Bu il Azərbaycan COP29 kimi böyük və vacib tədbirə ev sahibliyi edəcək. Bizim bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə çox məhsuldar görüşümüz oldu. Forumda bütün mövzulara toxunuldu. Azərbaycanın vizyonundan ətraflı danışan Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslərdən də bəhs etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Portuqaliyanın Avropa işləri üzrə sabiq naziri, “Flint Global” şirkətinin baş məsləhətçisi Bruno Masaes səsləndirib.

Azərbaycanda dəfələrlə olduğunu xatırladan beynəlxalq ekspert deyib: “Ötən il keçirilən COP28-də gözləntilərimizi tam əks etdirən birlik əldə edə, ölkələrin ambisiyalı ideyaları reallaşdırmaları istiqamətində razılığa gələ bilmədik.

Bildiyiniz kimi, ötən həftə Dubayda baş verən fırtına və sel bir sıra fəlakətlərə yol açdı. Biz artıq qlobal istiləşmənin fəsadlarının canlı şahidi oluruq. Bunun qarşısını almaq üçün birgə hərəkət etməliyik. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq”, - deyə Bruno Masaes əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video