Paris Olimpiya Oyunlarını keçirməyə hazır deyil
Fransa sakinlərinin 52 faizi bu qənaətdədir
Çirklənmiş Sena çayı Parisdəki Yay Olimpiya Oyunlarını poza bilər. Artıq olimpiadanın Təşkilat Komitəsi Sena çayındakı suyun sağlamlıq üçün təhlükəli olması ilə əlaqədar yarışın bir hissəsinin ləğvinə icazə verib.
Bildirilir ki, bütün su idman növləri təhlükə altındadır. Çay suyunun bakteriya, ağır metallar və viruslarla çirklənmə dərəcəsi o qədər təhlükəli həddə çatıb ki, təşkilatçılar idmançıların sağlamlığını riskə atmaq istəmirlər.
Suyun keyfiyyəti üzrə ekspert Dan Anceleskunun sözlərinə görə, çaydakı çoxsaylı təhlükəli orqanizmlərin miqdarı bütün mövcud standartları üstələyir: "Biz Senadan götürülmüş cəmi 100 ml suda təxminən 20 min bağırsaq çöpü bakteriyası aşkar etdik".
Üzgüçü Pyer Fuzo kimi bəzi yerli idmançılar isə hələ də riskə gedirlər. O, mütəmadi olaraq çayın kanallarında çimdiyini və hələ ki heç bir xəstəliyə yoluxmadığını bildirib: "Son üç, dörd, beş ildir ki, biz mütəmadi olaraq bu Sena kanalında çimirik, özümüzdə sensasiya yaradırıq, bilirik ki, buradakı su təmizlik standartlarından uzaqdır."
Təşkilatçıların ehtiyat planı olaraq 22 olimpiya hovuzu mövcuddur, lakin bunun da bir məqamı var. Onlar klapan hesabına doldurulur, lakin yağış yağacağı halda, suyun çirklənməsi riski artır.
Paris kommunal xidmətində kanalizasiya axınları üçün məsul olan Samuel Kolin-Kanivezin dediyinə əsasən, yağış üzgüçülük hovuzlarına çirkli suları daşıya bilər.
Hər bir halda olimpiadanın başlamasına 100 gün qalıb və təşkilatçılar Sena çayını vaxtında təmizləyə biləcəklərmi, bax, bu sual altındadır.
Bundan əvvəl, aprelin 8-də Fransanın qeyri-kommersiya ətraf mühit təşkilatı "Surfrider Europe" bildirmişdi ki, Sena çayında suyun hazırkı vəziyyəti Parisdə Olimpiya Oyunları zamanı su idmanı yarışlarının keçirilməsinə imkan vermir. Onların məlumatına görə, nümunələrin heç biri suyun keyfiyyəti ilə bağlı mövcud olan Avropa standartlarına cavab vermir.
Bütün bunlara baxmayaraq, bu günlərdə Fransa prezidenti Emmanuel Makron yenə də avantürasından əl çəkməyərək suyun keyfiyyəti ilə bağlı deyilənlərin əksinə çıxış edib. İddia edib ki, 2024-cü ildə Parisdə start götürəcək olimpiadanın üzgüçülük üzrə yarış mərhələsinin keçiriləcəyi Sena çayında guya şəxsən üzməyə hazırdır.
Lakin ölkə əhalisi Makronun bu "nikbinliyini" bölüşmür. Ötən ayın sonunda keçirilmiş sorğunun nəticələrinə görə, Fransa sakinlərinin 52 faizi ölkənin olimpiya və paralimpiya oyunlarını keçirməyə hazır olmadığı qənaətindədir.
Xatırladaq ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 11-dək keçiriləcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Britaniyalı nazir: Birləşmiş Krallıq Azərbaycanın yaxın və etibarlı tərəfdaşıdır
02 May
Horovlu kəndində birinci mərhələdə 334 ev tikilir FOTO
02 May
Azərbaycanın mədəniyyət naziri bir sıra ölkələrin UNESCO yanında daimi nümayəndələri ilə görüşüb ...
02 May
Dövlət Komitəsinin sədri: Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb...
02 May
Malayziya parlamentinin sədri: Bakı Forumu ölkələr arasında mədəniyyət diplomatiyasının yayılmasında...
02 May
“AzerGold”un yeni istiqrazlarının ilk faiz ödənişi olub
02 May
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM ...
02 May
Kremldən Baydenin ittihamlarına CAVAB
02 May
Polis Paris meriyasının qarşısındakı qaçqın düşərgəsini dağıdıb
02 May
Aİ Livana 1 milyard avroluq yardım paketi təqdim edib
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!