Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində silsilə maarifləndirici təlimlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə növbəti tədbir Ombudsman Aparatında Sabunçu və Səbail rayon icra hakimiyyətlərinin başçılarının müavinləri, həmin rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvləri, rayon polis idarələrinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, həmçinin uşaq hüquqlarının müdafiəsi üzrə işləyən təhsil, tibb işçiləri və sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslər üçün “Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda təşkil olunub.
Tədbirə ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının nümayəndələri də onlayn formada qoşulublar.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təlimdə çıxış edərək müvəkkilin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini bildirib, bununla əlaqədar ombudsman tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində cari il ərzində həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda təlimlərin təşkil olunacağını diqqətə çatdırıb.
Təlimdə ombudsman təsisatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları mövzu üzrə məruzələrlə çıxış ediblər.
Məruzələrdə uşaq hüquqlarının müdafiəsinə dair mövcud beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, ombudsmanın bu sahədə həyata keçirdiyi fəaliyyəti, eləcə də institusional sistem və müdafiə mexanizmləri, dövlət qurumlarının və uşaqlarla işləyən şəxslərin vəzifələri barədə məlumat verilib.
Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə ombudsmana verilmiş yeni səlahiyyətlər, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və müvəkkilin bu istiqamətdə təklif və tövsiyələrindən bəhs olunub.
Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
03 May
Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB...
03 May
Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb
03 May
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03 May
Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub...
03 May
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
03 May
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
03 May
“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub
03 May
Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhf...
03 May
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!