18 Avqust 2026 09:10
402
CƏMİYYƏT
A- A+
Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı


Prezidentin sərəncamı muxtar respublikanın sosial-iqtisadi inkişafının yüksəliş proqramıdır


Prezident İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" imzaladığı Sərəncam Naxçıvanın sosial-iqtisadi həyatında mühüm yeniliklərin başlanğıcıdır. Sənəddə nəzərdə tutulan tədbirlər ayrı-ayrı obyektlərin tikintisi və təmiri, həmçinin ayrılan 258 milyon manat vəsait Naxçıvanın enerji, yol-nəqliyyat, təhsil, kommunal və şəhər infrastrukturlarının paralel şəkildə yenilənməsinə yönəldilir. 2026-2027-ci illərdə həyata keçiriləcək layihələr nəticəsində Naxçıvanda həm gündəlik həyat şəraitinin yaxşılaşdırılması, həm də gələcək iqtisadi inkişaf üçün infrastruktur bazasının gücləndirilməsi gözlənilir.

Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev Naxçıvana son səfəri zamanı növbəti tədbirlərin də bir növ görülən işlərin davamı olduğunu və bundan sonra da lazımi qərarlar veriləcəyini və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini bəyan edib. Yeni sərəncam da dövlət başçımızın qeyd etdiyi lazımi qərarların tərkib hissəsidir. "Sərəncamda nəzərdə tutulan tədbirlərin siyahısına diqqətlə nəzər saldıqda onların bir-birindən ayrı layihələr olmadığı görünür,  yəni iqtisadi inkişaf üçün infrastruktur, insan kapitalı üçün təhsil, sosial rifah üçün kommunal xidmətlər və regionlararası əlaqələr üçün nəqliyyat sistemi paralel şəkildə gücləndirilir. Cənab Prezident Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bildirib ki, biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ ilə vahid konsepsiya əsasında inkişaf etməlidir. Yəni söhbət Naxçıvanın daha geniş inkişaf konsepsiyasına daxil edilməsindən gedir. Sərəncamda ən böyük maliyyə vəsaitlərindən biri - 66 milyon manat Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində tikilən, ümumi gücü 15,6 MVt olan Tivi Su-Elektrik Stansiyasına ayrılmasıdır. Bu layihənin əhəmiyyəti həm elektrik enerjisi istehsal gücünün yaradılmasını, həm də  hidroenerji mənbələrdən istifadənin genişləndirilməsini nəzərdə tutur ki, bu da Naxçıvanın enerji potensialının artırılmasına, enerji sisteminin şaxələndirilməsinə və alternativ, bərpaolunan enerji mənbələrinin payının yüksəldilməsinə xidmət edir", - deyə o bildirib.

Deputat qeyd edib ki, dünyada enerji təhlükəsizliyinin getdikcə daha böyük əhəmiyyət qazandığı bir vaxtda Naxçıvanda bərpaolunan enerji layihələrinə diqqətin artırılması uzunmüddətli perspektiv baxımından strateji xarakter daşıyır. Tivi Su- Elektrik Stansiyasının tamamlanması həm regionun enerji infrastrukturunu gücləndirəcək, həm də yerli enerji istehsalının artmasına imkan verəcək. Sərəncamın ən genişmiqyaslı istiqamətlərindən biri yol infrastrukturudur. Ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr uzunluğunda yolların əsaslı təmirinə 70 milyon manat ayrılması nəzərdə tutulur. Bu, Naxçıvanın kənd və şəhərlərinin sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Yol infrastrukturunun yenilənməsi həm də  kənd təsərrüfatı məhsullarının bazarlara daha rahat çatdırılması, insanların şəhərlərə çıxışının asanlaşması, təhsil və səhiyyə xidmətlərinə əlçatanlığın yüksəlməsi deməkdir. Eyni zamanda yeni və keyfiyyətli yollar turizm və sahibkarlıq üçün də daha əlverişli mühit yaradır. Beləliklə, 420 kilometrlik yol şəbəkəsinin yenilənməsi Naxçıvanın müxtəlif yaşayış məntəqələri arasında iqtisadi və sosial əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Dövlət başçımız da bəyan etmişdi ki, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq.

Sərəncamda təhsil infrastrukturuna da xüsusi diqqət yetirildiyini diqqətə çatdıran K.Nurullayeva bildirib ki, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 

25 milyon manat ayrılması nəzərdə tutulur: "Bu layihə ali təhsil müəssisəsinin imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Müasir yataqxananın yaradılması universitetdə təhsil alan tələbələrin, xüsusilə digər rayonlardan və bölgələrdən gələn gənclərin yaşayış imkanlarını yaxşılaşdıracaq. Şübhəsiz, güclü ali təhsil infrastrukturu Naxçıvanın insan kapitalının inkişafına birbaşa təsir göstərir. Universitetin maddi-texniki bazasının və tələbələr üçün sosial şəraitin yaxşılaşdırılması uzunmüddətli perspektivdə regionun savadlı və peşəkar kadr potensialının güclənməsinə xidmət edəcək.  Naxçıvanın müxtəlif yaşayış məntəqələrində 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon manat ayrılması da sosial baxımdan mühüm qərardır. Yeni bağçaların Naxçıvan şəhərinin Bulqan kəndində, Ordubadın Dəstə kəndində, Şərur şəhərində, Culfanın Əbrəqunus kəndində və Kəngərli rayonunun Qarabağlar kəndində inşa olunması nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması uşaqların erkən yaşlardan təhsilə və sosial mühitə daha yaxşı hazırlanmasına imkan yaradır. Bu layihələr həmçinin kəndlərdə sosial infrastrukturun şəhərlərlə müqayisədə daha balanslı inkişafına töhfə verəcək".

Deputat qeyd edib ki, sərəncamın diqqətçəkən istiqamətlərindən biri də yaşayış binalarının əsaslı təmiridir. Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə 3087 mənzilli 70 yaşayış binasının fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılır. Bu tədbirlər ilk növbədə insanların yaşadığı binaların texniki və estetik vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda şəhər mühitinin yenilənməsi Naxçıvanın ümumi urbanistik görünüşünə təsir göstərəcək. Müasir, səliqəli və baxımlı yaşayış məhəllələri həm əhalinin rahatlığı, həm də şəhərlərin turizm və investisiya baxımından cəlbediciliyi üçün əhəmiyyətlidir.

Könül Nurullayevanın sözlərinə görə, sərəncamda 53 milyon manatın şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinə yönəldilməsi də xüsusilə diqqət çəkir: "Nəqliyyatın müasir avtobuslarla yenilənməsi rayonlararası hərəkətin daha rahat və təhlükəsiz təşkilinə imkan verə bilər. Bu, xüsusilə rayonlarda yaşayan və gündəlik olaraq şəhərlərarası hərəkət edən insanlar üçün mühüm sosial əhəmiyyət daşıyır. Müasir nəqliyyat sistemi, eyni zamanda əmək bazarının genişlənməsinə də təsir edir. Sərəncamda daha bir mühüm məsələ - istilik təminatı da diqqətdən kənarda qalmayıb. Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 5335 mənzilə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat ayrılır. Bu, birbaşa insanların gündəlik yaşayış şəraitinə təsir edən layihələrdəndir. İstilik sistemlərinin yenilənməsi xüsusilə qış aylarında mənzillərin daha keyfiyyətli qızdırılmasına, kommunal xidmətlərin etibarlılığının yüksəldilməsinə və mövcud infrastrukturun səmərəliliyinin artırılmasına imkan verəcək".

Deputat vurğulayıb ki, sərəncamın ayrı-ayrı bəndlərinə nəzər saldıqda, əslində, vahid inkişaf strategiyasını görmək mümkündür. Məqsəd Naxçıvada enerji, nəqliyyat, təhsil, yaşayış və kommunal infrastrukturu eyni vaxtda gücləndirməkdir. Əslində, iqtisadi inkişafın davamlı olması üçün məhz kompleks yanaşmaya ehtiyac var. Bu xüsusda əminliklə söyləmək olar ki, sərəncam Naxçıvanın həm iqtisadi, həm də sosial inkişafına paralel şəkildə təsir göstərə biləcək kompleks proqramdır. Ən əsası isə sərəncamın mahiyyətində insan amili dayanır. Daha keyfiyyətli yol, daha rahat nəqliyyat, müasir təhsil şəraiti, yeni məktəbəqədər müəssisələr, istilik sistemi və abad yaşayış mühiti, nəticə etibarilə Naxçıvan sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Prezidentin də söylədiyi kimi: "Kadr islahatları ilə paralel olaraq, struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:59
22 Sentyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:57
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında

02:55
22 Sentyabr

“Mehmanxana Şərq” ASC səhmdarlarının nəzərinə!

02:46
22 Sentyabr

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!