25 Aprel 2024 23:28
203
CƏMİYYƏT
A- A+

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

 

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında təyin edilmiş hər hansı bir dövlət məmurunun öz işinin öhdəsindən gəlməli olduğunu bildirib. Qeyd edib ki, dövlət məmuru ölkə başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməli, ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.

Fuad Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir: “Ancaq bir çox hallarda müvafiq proqrmaların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik”.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir.

Fuad Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikirini diqqətə çatdıran səlahiyyətli nümayəndə deyib: “Addımlarımızı elə atmalıyıq ki, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video