02 Aprel 2024 00:49
3487
ELANLAR
A- A+

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

 

2024-2025-ci tədris ili üçün "HƏRBİ TİBB" İXTİSASINA TƏLƏBƏ QƏBULU ELAN EDİR

 

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində "Hərbi tibb" ixtisası üzrə tədris əyani formada Azərbaycan dilində aparılır. Təhsil müddəti 6 ildir.
"Hərbi tibb" ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilir.

SƏNƏDLƏRİN QƏBULU:

"Hərbi tibb" ixtisasına qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək ərizə ilə Naxçıvan Dövlət Universitetində yaradılmış sənəd qəbulu komissiyasına müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
* abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
* şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
* tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
* doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
* nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
* uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
* oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
* evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
* rəngli fotoşəkil (baş geyimsiz, anfas) - 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
* 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada  təsdiq edilmiş razılıq ərizələri;
* elektrokardioqramma;
* qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
* qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
* qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
* sidiyin ümumi analizi;
* psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

QEYD: 
* Namizədlər hər hansı səbəbdən "Hərbi tibb" ixtisasında təhsil almaqdan imtina etdikləri halda, Naxçıvan Dövlət Universitetindən xaric olunmaları barədə öhdəlik götürürlər.
* Naxçıvan Dövlət Universitetinin "Hərbi tibb" ixtisasına keçirilən müsabiqədən sonra bu ixtisas üzrə boş yerlər qalarsa, bu yerlərin Azərbaycan Tibb Universitetinin müvafiq ixtisasına sənəd vermiş, həkim komissiyasından keçmiş və müsabiqə şərtlərini ödəmiş abitruyentlərin hesabına doldurulmasına etiraz etmirik.

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN "HƏRBİ TİBB" İXTİSASINA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR
Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Naxçıvan Dövlət Universitetinin "Hərbi tibb" ixtisası üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasında müayinədən müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması fakültə dekanlığının sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər "Hərbi tibb" ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri əsasında qəbul edilirlər.
"Hərbi tibb" ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edir və bütün növ təminatlarla (geyim, qida və s.) təmin edilirlər. "Hərbi tibb" ixtisasına qəbul olmuş şəxslər 4-cü kursadək Naxçıvan Dövlət Universitetində və kliniki bazalarda, son 2 ili isə birbaşa Hərbi hospitalda və hərbi şəraitdə təhsil alırlar. "Hərbi tibb" ixtisası üzrə qəbul olmuş şəxslər təhsil müddətində müəyyən edilmiş məbləğdə müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Sənədlər Naxçıvan Dövlət Universitetində yaradılmış komissiya tərəfindən qəbul olunur (Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.

Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.
Əlaqə:  Telefon: (+99436) 544 08 61 (2700), (+994) 503690000, (+994) 602088800  
Faks: (+99436) 545 72 88
E-poçt: [email protected];   [email protected]

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video