28 Yanvar 2022 14:04
607
İQTİSADİYYAT
A- A+

Metronun “Cəfər Cabbarlı” stansiyasının daha bir yolunun infrastrukturu yenilənir 

Bakı metrosunda istismar olunan tuneldə ilk dəfə dəmir-beton bloklar tətbiq edilir

Metronun “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsi başlanıb.

AZƏRTAC xəbər verir ki, görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq.

Stansiya yolundan əvvəl Bakı metropoliteninin tarixində istismar olunan tunel yolunda ilk dəfə dəmir-beton bloklar quraşdırılıb. Avqust ayında başlanmış yenidənqurma tədbirləri artıq yolun yeni üstquruluş elementlərinin quraşdırılması ilə davam edir. Buna qədər “Xətai” stansiyası istiqamətində tunelin 481 metr hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb.

Betonun texnoloji proseslərə uyğun quruyub möhkəmlənməsi gözlənilərək, yola düzülmüş relslər termik üsulu ilə qaynaq edilib. Qarşıdakı dövrdə burada yolun digər üstquruluş elementləri qurulacaq.

Yenidənqurma işlərinin stansiya yolu ilə davam etdirilməsinə gödək şpalların və relslərin sökülməsi ilə başlanılıb. İlkin hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra betondağıdan mexanizmlər təmir meydançasına gətirilib. Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək.

Qeyd edək ki, buna qədər dəmir-beton konstruksiyalar “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının bir yolunda da dəyişdirilib. Ümumiyyətlə, ilk dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda tətbiq edilmiş dəmir-beton bloklar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda da tətbiq olunub.

Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində Almaniya texnologiyaları əsasında qurulmuş sexdə hazırlanır. Bu isə əsaslı maliyyə qənaəti, iqtisadi və texnoloji səmərəyə şərait yaradır. Texniki qulluğa ehtiyacı yoxdur, uzunömürlüyü 50 ildən az deyil, ekoloji cəhətdən daha təmizdir. Müqayisə üçün qeyd edək ki, ağac şpallar 15-20 il istismar olunursa, “Cəfər Cabbarlı-Xətai” mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə onların ömrü iki dəfə azdır.

Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək.

Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video