Ölkəmizin gəncləri çalışdıqları bütün sahələrdə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir, işlərinə böyük məsuliyyət və həvəslə yanaşırlar. Buna görə də zaman keçdikcə böyük nüfuz və rəğbət qazanır, getdikcə cəmiyyətdə aparıcı qüvvəyə çevrilirlər.
Gənclərin çalışdıqları ünvanlardan biri də "DOST" mərkəzləridir. Bu gün ölkə əhalisi bu xidmət sahəsinə daha çox müraciət edir və buradakı işlərin yüksək səviyyədə təşkilindən razılıqla danışırlar. "DOST" mərkəzlərində çalışan gənclər onlara müraciət edənlərə yüksək diqqət və qayğı ilə yanaşır, xoş münasibət göstərirlər.
DOST Agentliyində çalışan gənclərdən biri də Solmaz Həsənovadır. O, 2019-cu ildən bu qurumda işləyir. Solmaz Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və UNEC insan resurslarının idarə edilməsi ixtisaslarını fərqlənmə diplomları ilə bitirib. Hazırda DOST Agentliyində Könüllülərlə iş şöbəsinin müdiridir. Əhaliyə göstərilən qayğı və diqqətdən söz açan Solmaz Həsənova dedi ki, "DOST" mərkəzlərindəki işimizin əsas məqsədi xidmətlərin daha çevik və operativ aparılmasına könüllülərin qüvvəsindən istifadə etməklə dəstək verməkdir. Gənclərlə müxtəlif proqramlar üzrə işləyirik. Hazırda "Könüllü DOST" proqramının tələblərinə uyğun olaraq "DOST" mərkəzlərində vətəndaşlara xidmət həyata keçirilir. "Könüllü DOST" poqramının əsas mahiyyəti "DOST" mərkəzlərinə müraciət edənlərə operativ xidmət göstərilməsindən və zəruri məlumatların verilməsindən ibarətdir. "Könüllü DOST" proqramı özündə bir neçə altproqramı da əhatə edir. Bu proqramlardan ilki "Gənc DOST" altproqramıdır. Proqramda əsasən 16-29 yaşı olan gənclər iştirak edirlər. "DOST" mərkəzlərinə müraciət edən gənclər müsabiqədən keçirlər. Müsabiqədən uğurla keçən gənclər könüllülük fəaliyyətinə başlayırlar. Könüllülük fəaliyyəti həftənin beş günü olmaqla, üç saat aparılır. İşlər üçnövbəlidir.
"Könüllü DOST" proqramına cəlb olunan gənclər əsasən vətəndaşların qarşılanmasına, xidmət pəncərələrinə yönləndirilməsinə, onlara düzgün məlumat verilməsinə, ərizələrin yazılmasına, növbələrin idarə olunmasına, vətəndaşlardan rəy sorğularının alınmasına cəlb olunurlar. Bəzən yaşlı adamlar xidmət mərkəzlərində quraşdırılmış bir çox funksiyanı yerinə yetirən müvafiq aparatları işlətməkdə çətinlik çəkirlər. Mərkəzdə çalışan könüllü gənclər belə işlərdə həmin vətəndaşlara yaxından kömək göstərir, onların qayğılarına qalırlar.
Müsbət nəticə verən altproqramlardan biri də "Gümüşü DOST" altproqramıdır. Onu da deyim ki, bu altproqram ilk dəfə bizim mərkəzlərdə həyata keçirilmişdir. Adından da göründüyü kimi, altproqram yaşlı insanları, təqaüdçüləri könüllülüyə cəlb edir. Altproqrama uyğun olaraq bu gün "DOST" mərkəzlərində gənclərlə bərabər təqaüdçü könüllülər də fəaliyyət göstərir. Bu altproqramın əsas məqsədi yaşlı insanların yenidən cəmiyyətə reinteqrasiyasını təmin etmək, təcrübə mübadiləsi aparmaq və onların biliklərindən faydalanmaqdır. Obrazlı desək, bu altproqram gənclərlə yaşlı nəsil arasında körpü rolunu oynayır.
"Distant DOST" altproqramı da çox maraqlıdır. Bu altproqrama əsasən, yaşından asılı olmayaraq hər kəs mərkəzlərə gəlmədən də fəaliyyət göstərə bilər. Könüllü olmaq istəyənlər mikrolayihələrə qoşulur və seçildikləri təqdirdə birbaşa evlərindəki kompüterlərindən, telefonlarından istifadə etməklə müxtəlif istiqamətlərdə fəaliyyət həyata keçirirlər. Onlar daha çox forumların idarə olunmasında, onlayn təlimlərdə, dizayn xidmətlərinin və sair tədbirlərin təşkilində fəallıq göstərirlər.
Gənclərin böyük həvəslə qoşulduqları digər bir proqram isə "İnklüziv DOST" altproqramıdır. Məlumat üçün bildirək ki, bizim DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə altproqramın tələblərindən irəli gələn vəzifələr uğurla həyata keçirilir. Bütün bunlar gənclərin böyük marağına səbəb olur.
"Korporativ DOST" altproqramı isə korporativ sosial məsuliyyət istiqamətində dövlət və özəl qurumlarla əməkdaşlığın yaradılmasını hədəfləyir. Bu istiqamətdə könüllü gənclərin iştirakı ilə müxtəlif həssas sosial qrupların cəmiyyətə inteqrasiyasına dair müvafiq layihələr və tədbirlər həyata keçirilir.
"Gənc DOST" altproqramı ətrafında 4 minə yaxın gənci birləşdirir. Müraciət edənlərin sayı artıq yüz mini keçib. Könüllü gənclər mütəmadi olaraq müsabiqələrə cəlb edilirlər.
Uğurla həyata keçirilən bütün proqramların əsas məqsədi gənclərin fərdi inkişafına dəstək göstərmək, onların asudə vaxtlarının səmərəli və düzgün təşkilini təmin etmək, həmçinin cəmiyyət üçün faydalı vətəndaşlar hazırlamaqdır.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir
İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub
Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB
Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb
Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim
Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır
Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb
İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!