21 Aprel 2026 22:19
435
İQTİSADİYYAT
A- A+
Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  


Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib. Qeyd olunub ki, bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.

2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin icrasında müsbət dinamikanın davam etdiyini deyən S.Babayev bildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9,6 milyard manat olub. Bu da proqnoza münasibətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7,8 milyard manatdan çox olub.

İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icra müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib, real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxış imkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və portal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatları vahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyən edilib.

Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyə əməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativlik təmin olunub.

İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb. Bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarının maarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.

Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirə edilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aparılan yoxlamalar nəticəsində normativ-hüquqi aktların tələblərinin pozulması halları, o cümlədən artıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə ¬¬¬¬157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpa olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə riskəsaslı yanaşma və müasir təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının hazırlanması, institusional potensialın artırılması və kadr təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam etdirilir.

S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcək.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

13:51
10 May

Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub

13:49
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

13:06
10 May

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

12:47
10 May

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

12:17
10 May

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

12:02
10 May

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

11:53
10 May

Heydər Əliyev xalqımızın və dövlətimizin xilaskarıdır

11:17
10 May

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

11:02
10 May

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

11:02
10 May

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir  

10:19
10 May

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir  

09:56
10 May

Heydər Əliyev irsinin işığında

08:50
10 May

Heydər Əliyev: işıqlı yolun banisi

08:48
10 May

Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi

08:45
10 May

Atəşkəsdən Zəfərə

08:43
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!