04 Aprel 2024 00:19
3217
ELANLAR
A- A+

Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının nəzərinə!

 

Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının illik ümumi yığıncağı 30.05.2024-cü il tarixdə saat 10.00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1065, İzmir küçəsi, 6 ünvanında yerləşən "Hyatt Regency" otelinin Quba zalında keçiriləcəkdir. Səhmdarların qeydiyyatı zalın foyesində saat 09.00-dan 09.45-dək aparılacaqdır. 
Səhmdarların illik ümumi yığıncağının gündəliyi: 

1. Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi.
2. Holcim (Azərbaycan) ASC-nin 2023-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi. 
3. 2023-cü ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.
4. Müşahidə Şurasına üzvlərin və Müşahidə Şurasının sədrinin təyin edilməsi.
5. Təftiş Komissiyasına üzvlərin təyin edilməsi.
6. Holcim (Azərbaycan) ASC və "Holcim" LTD arasında imzalanan brend müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.
7. Holcim (Azərbaycan) ASC ilə "Holcim Technology" LTD arasında imzalanan sənaye əqli mülkiyyət müqaviləsinə dəyişikliyin təsdiq edilməsi.

Holcim (Azərbaycan) ASC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video