Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq tədbirdə çıxış edib
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Daren Tanqın bir sıra dövlətlərin əqli mülkiyyət (ƏM) qurumlarının rəhbərləri ilə videogörüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən D.Tanq milli əqli mülkiyyət idarəsinin sabiq rəhbəri kimi müraciət edərək görüş iştirakçılarının qarşılaşdığı problemlərdən məlumatlı olduğunu bildirib. Sonra o, 2022-2026-cı illər üçün hazırlanmış Orta Müddətli Strateji Plan və Üzv-dövlətlərin təklifləri və məsləhətləşmələri nəticəsində hazırlanan 2022-2023-cü illər üçün Proqram və Büdcə haqqında ətraflı məruzə edib.
Baş direktor bütün dünyada istifadəçilərin maraqları naminə ƏM sahəsində, xüsusilə də ƏM hüquqlarının idarəedilməsi və texnologiyaların ötürülməsi sahələrində yüksəkkeyfiyyətli xidmətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bu xidmətlər fərdi və institusional imkanların yaradılması, o cümlədən milli, regional və beynəlxalq səviyyələrdə elmi-tədqiqat müəssisələri arasında şəbəkə əlaqələrinin qurulması vasitəsilə daha da təkmilləşəcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da nitq söyləyib.
ÜƏMT-nın Baş direktoru tərəfindən təqdim olunan möhtəşəm inkişaf proqramının ilham verdiyini qeyd edən K.İmanov Azərbaycanın ÜƏMT ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və ÜƏMT ilə Azərbaycan arasındakı Anlaşma Memorandumunun, o cümlədən 2018-2021-ci illər üçün Fəaliyyət Planının Azərbaycanda əqli mülkiyyət sisteminin inkişafına danılmaz töhfə verdiyini bildirib. O, ölkə başçısının rəhbərliyi ilə əldə olunmuş iqtisadi nailiyyətlər, o cümlədən ƏM sahəsində vahid dövlət qurumunun yaradıldığını nəzərə çatdırıb və ÜƏMT-nin məqsəd və mandatının həyata keçirilməsində D.Tanqın göstərdiyi səylərə Azərbaycanın dəstəyini ifadə edərək qarşıdakı illər üçün yeni Fəaliyyət Planı hazırlanmasında maraqlı olduğunu vurğulayıb.
Agentliyin rəhbəri müasir texnologiyaların mövcud ƏM landşaftına təsir etdiyini və getdikcə daha çox təsir edəcəyini deyərək, 2020-ci il 21 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti və Dünya İqtisadi Forumunun prezidenti arasında imzalanmış niyyət protokolu və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı əsasında “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradıldığını və aprelin 1-dən fəaliyyətə başladığını diqqətə çatdırıb. K.İmanov bildirib ki, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Mərkəzin fəaliyyətində iştirak edir - İdarə Heyətinin sədr müavini Mərkəzin Müşahidə Şurasının üzvüdür və bizim vəzifəmiz IV sənaye inqilabının nailiyyətlərinin həyata keçirilməsi strategiyasında iştirak etmək, daxili texnologiyaların inkişafına təkan vermək və ixtiraçılıq fəallığını artırmaq, o cümlədən texnologiyaların kommersiyalaşdırılması və transferi mexanizmlərini formalaşdırmaqdır. Xüsusi qeyd edək ki, Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb”.
O, kreativ sektorun əhəmiyyətini vurğulayaraq, son iki ildə kiçik və orta sahibkarlıq üçün bir sıra dəyirmi masalar və forumlar keçirildiyini, broşürlər buraxıldığını, işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” (smart-city, smart-village) konsepsiyaları tətbiq edildiyini, 10 il ərzində kreativ sektorun iqtisadiyyata verdiyi töhfənin 3 faiz artdığını və ÜƏMT metodologiyasına görə, ÜDM-in 5,1 faizini təşkil etdiyini bildirib.
Agentliyin rəhbəri ƏM-in müasir inkişafındakı tendensiyalardan qaynaqlanan problemlərə toxunaraq Azərbaycanın ÜƏMT-nin süni intellekt sahəsində işini dəstəklədiyini bildirib və mütəxəssislərin “ƏM hüquqlarının klassik kateqoriyalarından kənara çıxan məlumatlar siniflərinə münasibətdə mülkiyyət hüquqlarının yenidən müəyyən edilməsinin qaçılmaz göründüyü” fikri ilə razılaşdığını ifadə edib.
K.İmanov iqtisadiyyatla ƏM hüquqlarının qorunması arasında korrelyasiya məsələsinə toxunaraq Agentlik tərəfindən bu sahədə aparılmış araşdırmanı diqqətə çatdırıb, eyni zamanda müəllif hüququ ilə sənaye mülkiyyəti arasında kəsişən məqamları qeyd edərək bu məsələnin ÜƏMT çərçivəsində müzakirə edilməsini təklif edib.
ÜƏMT-nın Baş direktoru D.Tanq Azərbaycan nümayəndəsinin çıxışını yüksək dəyərləndirib və K.İmanovdan ölkəmizin sahə üzrə qabaqcıl təcrübəsi və aparılmış araşdırmaların nəticələri ilə bölüşməyi xahiş edib.
Videogörüşdə Avrasiya regionunun 28 ölkəsinin əqli mülkiyyət üzrə orqanlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Tədbirdə Türkiyə, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Qırğız Respublikası, Finlandiya və İordaniyanın əqli mülkiyyət qurumlarının rəhbərləri də çıxış ediblər.
Çıxışlarda ÜƏMT-nın əqli mülkiyyət ekosistemlərinin inkişafı, ƏM-in iqtisadi aspektləri və kommersiyalaşdırılması sahəsində gənclər, xüsusilə də kiçik və orta bizneslə bağlı fəaliyyəti dəstəklənib.
Qeyd edək ki, bu tədbir müxtəlif saat qurşaqları üzrə təşkil edilən belə xarakterli ikinci görüşdür. İlk görüş Uzaq Şərq və Sakit Okean ölkələri üçün keçirilib. Növbəti tədbir Latın Amerikası dövlətlərinin nümayəndələri üçün təşkil ediləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!