24 Aprel 2024 08:05
131
SİYASƏT
A- A+

Əməkdaşlıq üçün yeni perspektivlər var

 

Prezidentin Rusiyaya səfəri münasibətlərin daha da inkişafına təkan verəcək

 

Prezident İlham Əliyev aprelin 22-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Görüş çərçivəsində ölkə rəhbərləri bir sıra məsələləri müzakirə ediblər. Eyni zamanda Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş baş tutub.
Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında Azərbaycan ilə Rusiyanın qonşu dövlətlər olduğunu və belə dövlətlərin münasibətlərinin yaxşı olmasının regionda, o cümlədən dünyada stabillik və əmin-amanlıq yaratdığını deyib.
Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qonşu dövlətlər, həmçinin Rusiya ilə yaxşı münasibətlərin yaradılmasının əsası qoyuldu: "Bu əlaqələr indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Moskvaya səfəri, Rusiya Prezidenti ilə görüşü iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bir daha göstərdi. Bu səfər əsnasında maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndiyini gördük. Qeyd edək ki, Azərbaycan və Rusiya arasında ticari-iqtisadi dövriyyə 4 milyard dollara çatıb. Əməkdaşlıq üçün yeni perspektivlər də var, görüş zamanı bunlar da müzakirə edildi". 
Deputat vurğulayıb ki, Ümummilli Liderin vaxtilə Rusiya və dünya üçün böyük əhəmiyyət daşıyan Baykal-Amur Magistralının inşasında böyük rolu olub. Bu, BAM-ın 50 illik yubileyi münasibətilə keçirilən görüşdə bir daha xatırlandı. Veteranlarla görüş zamanı Azərbaycanın dahi oğlunun SSRİ-nin ən nəhəng layihələrindən birinin həyata keçirilməsində xüsusi rolu qiymətləndirildi.
"Şimal-Cənub" dəhlizinin işə düşməsi üçün tərəflərin ciddi müzakirələr apardığını deyən deputat bildirib ki, bu layihə həm də yüz minlərlə yeni iş yerinin açılması deməkdir. "Həmçinin ticarətin güclənməsi tərəflərin əməkdaşlığının, mehriban qonşuluq münasibətlərinin daha da inkişafı deməkdir. Şübhəsiz ki, görüşdə dünyada gedən proseslər də müzakirə olunub. Azərbaycanın dünya gündəliyində olan məsələlərlə bağlı mövqeyi birmənalıdır. Problemlər həmişə  diplomatik yolla, beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü və maraqların bir-birinə yaxınlaşdırılması yönündə həll olunmalıdır", - deyə o əlavə edib.
A.Mirzəzadə sonda qeyd edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında yaxşı qonşuluq münasibətləri qurmağın çox vacib olduğunu göstərdi. Azərbaycan bu məsələdə növbəti nümunə nümayiş etdirdi.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video