25 Aprel 2024 23:27
754
PARLAMENT
A- A+

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

 

Aprelin 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Ziyafət Əsgərov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə danışıb. O bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkədir. Komitə sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu ifadə edib, iki ölkə arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyindən söhbət açıb.

Ziyafət Əsgərov qonaqlara torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilər tərəfindən şəhərlərimizin dağıdılmasından, Xocalı soyqırımının törədilməsindən, tarixi abidələrimizin məhv edilməsindən danışıb, həmçinin Fransanın Əlcəzairdə əhaliyə qarşı etdiyi ağlasığmaz hərəkətlər barədə fikirlərini bölüşüb.

Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan xalqını təbrik edib, əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi şəraitində davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video