Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
Aprelin 23-də Milli Məclisin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli Müdafiə Komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbassetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlcəzair ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, eyni zamanda, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin rolundan bəhs edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Deyib ki, Azərbaycanla Əlcəzair üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində daim əməkdaşlıq edir, bir-birini dəstəkləyir.
M.Abbaszadə Azərbaycanın öz əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini, hazırda bu ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini bildirib.
Görüşdə çıxış edən Qarbi Abdelbasset iki ölkə arasındakı əlaqələrin tarixindən bəhs edib. Bildirib ki, Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluqla danışan Qarbi Abdelbasset Azərbaycanın bütün suveren ərazisində keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanla Əlcəzairin qardaş dövlətlər olduğunu söyləyən qonaq bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Musa Qasımlı, Jalə Əliyevə, Ceyhun Məmmədov, Anar İsgəndərov Azərbaycan və Əlcəzair arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər. İki ölkə arasında əməkdaşlığın bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə əminlik ifadə olunub .
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf
03 May
İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb
03 May
Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təş...
03 May
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
03 May
YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib
03 May
Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb...
03 May
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
03 May
Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB...
03 May
Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb
03 May
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!