09 Aprel 2026 19:35
550
İDMAN
A- A+
Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb 

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb 


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb.

AFFA-dan aldığımız məlumata görə, yeni filateliya məhsulu A. Banişevskinin zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.

Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs A. Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən yaxşı futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində 1966-cı ildə “Neftçi”nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.

SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Anatoli Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.


Rizvan CƏFƏROV,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək 

16:21
01 May

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

14:17
01 May

Şəhərsalma, mədəni irs və qlobal tədbirlər media müstəvisində - Panel sessiya  

14:12
01 May

Gömrük Məcəlləsində rəqəmsallaşma və islahatlar genişlənir  

14:01
01 May

Metroda və avtobusda ödənişə görə “ardıcıl vəsait çıxılması” hallarına aydınlıq gətirilib  

13:54
01 May

Bir vəkilə töhmət verilib, birinə xəbərdarlıq edilib, ikisi barəsində isə cərimə tədbiri tətbiq olunub

13:44
01 May

Akashdeep Singh: Gənclərin səsi postkolonial gələcəyin formalaşmasında həlledici rol oynayır  

13:41
01 May

Əlcəzairli tələbə: Kolonizasiya sadəcə ərazilərin işğalı deyil, o, daha travmatik bir prosesdir

13:39
01 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

13:39
01 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçiriləcək  

13:36
01 May

Parlament əməkhaqqında gender bərabərliyi dəyişikliklərini təsdiqləyib

13:33
01 May

Milli Məclis məcburi icra üzrə məlumat mübadiləsi sazişini təsdiqləyib

13:31
01 May

Çad nümayəndəsi: Qarşımızda çoxsaylı çağırışlar var

13:23
01 May

Ruandalı ekspert: Gənclərə real qərarvermə imkanı verilmədən postkolonial transformasiya mümkün deyil  

13:20
01 May

"Ka-Ubuntu" hərəkatının sədri: Müstəqillik Reyunyon xalqı üçün ləyaqət məsələsidir  

13:17
01 May

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib  

13:14
01 May

Azərbaycan Milli QHT Forumu fəaliyyətinə və planlarına dair ictimai hesabatla çıxış edib  

13:10
01 May

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

13:09
01 May

“Yüksəliş” müsabiqəsi: hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli  

13:03
01 May

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub YENİLƏNİB 

12:57
01 May

Azərbaycanın BTC vasitəsilə dünya bazarına göndərdiyi neftin həcmi 625 milyon tonu ötüb  

12:53
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!