DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür
Daxili İşlər Nazirliyi münaqişəli ailələrlə profilaktik tədbirlərini davam etdirir. Ayda bir dəfədən az olmamaq şərti ilə polis sahə rəisləri münaqişəli ailələri qəbul edir, həm tərəflərlə, həm də onların yaxın qohumları ilə profilaktik söhbətlər aparır. Lakin bu sahədə psixoloqların bizə köməyi labüddür.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev Bakıda “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda keçirilən konfransda deyib.
“Son zamanlar boşanmaların sayının çox olması heç də ürəkaçan məsələ deyil. Bu, gələcəkdə neqativ hallarla nəticələnə bilər. Əsassız olaraq barışdırdıqda isə yeni bir cinayətin təməlini qoymuş ola bilərik. Bu səbəbdən həm psixoloqlarla işləməli, həm Daxili İşlər Nazirliyi, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində həmin vətəndaşlarla bağlı toplanmış materialları müzakirəyə çıxarıb kompleks qərara, yekun rəyə gəlməliyik ki, bunun nəticəsində gələcəkdə hər hansı bir neqativ hal baş verməsin.
Operativlik üçün Daxili İşlər Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. 2023-cü ilin mayından etibarən həm yetkinlik yaşına çatmayanlar, həm qadınlara qarşı törədilmiş zorakılıq, həm ailədaxili mübahisələrin həlli ilə bağlı baş vermiş hadisələrə sənədləşmə olmadan operativ yanaşma üçün vatsap qrupları yaradılıb. Hansı ki, bu, regionaldır və hər qrupda 100-dən çox səlahiyyətli şəxs var. Hər hansı bir hadisə baş verdikdə biz o qruplarda paylaşırıq və hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirir. Ümid edirəm ki, bu sahə üzrə xüsusən ixtisaslaşmış psixoloqların da həmin qruplarda olması və bizə kömək etməsi təmin olunacaq", - deyə İ.Əliyev deyib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir
03 May
Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir
03 May
Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb
03 May
“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq...
03 May
Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür
03 May
İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib...
03 May
Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi
03 May
Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200...
03 May
Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayı...
03 May
Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb
03 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!