26 May 2026 12:17
100
CƏMİYYƏT
A- A+
Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib

Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Böyük Britaniyaya səfəri çərçivəsində Birləşmiş Krallıqda yaşayan Azərbaycan icması ilə görüşüb, Koordinasiya Şurasının toplantısında iştirak edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitə sədri Fuad Muradov ölkəmizin diaspor siyasətindən danışıb və çıxışında Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı tarixi nitqindəki bu sözləri xatırladıb: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir”.

Görüş iştirakçılarına dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi, diaspor qurumları arasında koordinasiyanın genişləndirilməsi istiqamətində komitənin gördüyü işlər barədə müfəssəl məlumat verilib.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının fəallığını və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.

İcma görüşü interaktiv müzakirə ilə davam edib.

Tədbirdə diaspor fəaliyyətində xüsusi xidmətləri olan soydaşlarımıza dövlət mükafatları təqdim edilib.

Daha sonra Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının toplantısı keçirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, görüş Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının və Britaniya Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

15:46
26 May

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır  

15:45
26 May

2026-cı ilin daimi seçici siyahıları dəqiqləşdirilib - MSK-da iclas

15:44
26 May

Rusiya səfiri: “Sea Breeze” Azərbaycanın turizm və mədəni cəlbediciliyinin bir hissəsinə çevrilib

15:43
26 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
26 May

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

15:42
26 May

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

15:41
26 May

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

14:19
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!